Əsas Səhifə > Güney Press, Araşdırma > HƏRBİ HİSSƏDƏ YANĞIN BAŞ VERİB

HƏRBİ HİSSƏDƏ YANĞIN BAŞ VERİB


11-03-2012, 12:40
HƏRBİ HİSSƏDƏ YANĞIN BAŞ VERİB

TAXTA KONSTRUKSİYALARDAN İBARƏT BARAK YANIB

Ötən gecə Azərbaycan Müdafiə Nazirliyinin Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsinin ərazisində yanğın baş verib.
APA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, hərbi hissədə istifadəyə yararsız, ümumi sahəsi 450 kv.m olan taxta konstruksiyalardan ibarət barak tipli tikili yanıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub və yanğından yaxınlıqdakı tikililər mühafizə olunub.
Yanğın saat 01:20-də söndürülüb.

Digər yanğın hadisəsi isə Abşeron rayonu, Qobu qəsəbəsindəki hərbi şəhərciyin ərazisində baş verib. Ərazidə ümumi sahəsi 300 kv.m olan taxta konstruksiyalardan ibarət tikili yanıb. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub, yanğın saat 05:30-da söndürülüb.


Geri qayıt