Əsas Səhifə > Ölkə > İLAXIR ÇƏRŞƏNBƏ TƏMTƏRAQLA QEYD OLUNACAQ

İLAXIR ÇƏRŞƏNBƏ TƏMTƏRAQLA QEYD OLUNACAQ


11-03-2012, 11:16
İLAXIR ÇƏRŞƏNBƏ TƏMTƏRAQLA QEYD OLUNACAQ

HACIBALA ABUTALIBOV BAKIDA ATƏŞFƏŞANLIQ TƏŞKİL EDƏCƏK

Bakı Şəhər İcra Hakimiyyəti gələn həftə paytaxtda atəşfəşanlıq təşkil edəcək. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, martın 13-də ilaxır çərşənbə münasibətilə paytaxtda şənlik təşkil olunacaq. Milli geyimli atlıların müşayiət edəcəyi 5 fayton və 6 dəvədən ibarət olan Novruz personajları, musiqiçilər və digər iştirakçıları aparan bayram karvanı səhər saat 10:00-da Qoşa Qala qapısının qarşısından hərəkət edərək Suraxanı rayonu “Atəşgah” məbədinə gedəcək, orada yandırılmış məşəli Qoşa Qala qapısının qarşısındakı “Gənclər meydanı"na gətirəcək və bu odla bayram tonqalı alovlandırılacaq.

"Gənclər meydanı"nda saat 18:20-dən bayram konserti başlayacaq və saat 20:00-da atəşfəşanlıq olacaq.


Geri qayıt