Əsas Səhifə > Hadisə, Manşet > BAYIL QƏSƏBƏSİ BLOKADAYA ALINIB

BAYIL QƏSƏBƏSİ BLOKADAYA ALINIB


10-03-2012, 14:56
BAYIL QƏSƏBƏSİ BLOKADAYA ALINIB

SAKİNLƏR: «OĞULSANSA, QƏSƏBƏDƏN 3 DƏQİQƏYƏ ÇIX GÖRÜM, NECƏ ÇIXIRSAN»

DİA.AZ: - Bakının Səbayel rayonunun Bayıl qəsəbəsinin sakinləri günün hər saatında «Avroviziya» yarışmasını icad edələri lənətləyirlər. Bunu redaksiyamıza müraciət edən bir qəsəbə camaatı deyir. Onların sözlərinə görə, Dövlət Bayraq Meydanının illərdir davam edən inşaat işləri azmış kimi, indi də «Avroviziya» müsabiqəsinin Bayıl ərazisinə salınmsı günlərini lap qara edib.

Xatırladaq ki, dünən də qəsəbənin su ilə təminatında ciddi problemlərin yaranması barədə məlumat vermişdik. Bildirmişdik ki, sistemiz şəkildə aparılan qazıntı işləri nəticəsində qəsəbəyə gələn su boruları tez-tez partladılır və nəticədə sakinlər əziyyət çəkməli olurlar.

Bu gün isə narazılıqlarını çatdıran sakinlər bildirdilər ki, yük maşınlarının davamlı olaraq hərəkətində qəsəbənin giriş-çıxış yolları keçilməz hala düşüb: «Bu azmış kimi, yaranan tıxaclar bizi cana doydurub. İşə-gücə gedənlər var. Gərək səhər tezdən çıxaq ki, 3 dəqiqəlik yolumuzu 1 saata başa vuranda problem yaşamayaq».

Narazı camaat bildirir ki, gərək hər bir qəsəbə sakinlərinin hər birinə bir təyyarə bağışlansın: «Oğulsansa, qəsəbədən 3 dəqiqəyə çıx görüm, necə çıxırsan… Biz başa düşə bilmirik, nədən bu hökumət Bayıl camaatına zülm etməkdən zövq alır?»

Onu da bildirək ki, son zamanlar Bayılda aparılan inşaat işləri ilə əlaqədar qəsəbə daxilindəki yollarda böyük çuxurlar da yaranıb ki, bu da yol-qəza hadisələrinin yaranmasına münbit şərait deməkdir.

Geri qayıt