Əsas Səhifə > Şou-biznes > “OLMAYAN MƏSƏLƏLƏRDƏN DANIŞIRLAR”

“OLMAYAN MƏSƏLƏLƏRDƏN DANIŞIRLAR”


10-03-2012, 14:05
“OLMAYAN MƏSƏLƏLƏRDƏN DANIŞIRLAR”

102 MANAT TƏQAÜD ALAN AZƏRBAYCANLI MÜĞƏNNİ

Hər zaman Azərbaycan şou-biznesini tənqid edən və adı tez-tez qalmaqallarda hallanan Əli Mirəliyev bu dəfə də müğənniləri “yıxıb-sürüdü”. SİA-ya açıqlama verən Əli bəy bunları dedi: “Şou-biznesin bəzi nümayəndələri efirə çıxaraq şəxsi həyatlarını gündəmə gətirirlər. Həyat yoldaşları ilə aralarındakı münasibəti camaata göstərirlər. Etmədikləri və olmayan məsələlərdən danışırlar”.

Qalmaqallı müğənni maddi durumundan da söz açdı: “Hər zaman bir sifətim olub. Bəzi həmkarlarım kimi televiziya məkanlarına çıxıb "3 milyon avro pul xərcləyirəm" deməmişəm. Çünki 102 manat aldığım təqaüddən başqa gəlir yerim yoxdur. Toylara belə getmirəm. Bu sözü deməkdən belə çəkinmirəm”,-deyə əlavə edib.


Geri qayıt