Əsas Səhifə > Ölkə > 8 İLDƏ 2200 MƏKTƏB TİKMİŞİK

8 İLDƏ 2200 MƏKTƏB TİKMİŞİK


10-03-2012, 13:45
8 İLDƏ 2200 MƏKTƏB TİKMİŞİK

XƏRCLƏNƏN VƏ “YEYİLƏN” PULLARI TƏSƏVVÜR BELƏ ETMƏK OLMUR

2003-cü ildən indiyədək Azərbaycanda müxtəlif mənbələr hesabına 2200-dək yeni məktəb binası tikilib. Trend-in məlumatına görə, bu məlumat "Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabat"da öz əksini tapıb.

Hesabatda qeyd edilib ki, ötən il 12 180 yerlik 47 ümumtəhsil məktəbi, 560 yerlik əlavə sinif otaqları tikilib, 134 məktəb əsaslı təmir edilib.

Görülən tədbirlər nəticəsində 2011-2012-ci tədris ilində II və III növbələrdə təhsil alan şagirdlərin sayı 242 min nəfər təşkil edib. Bu, əyani ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin ümumi sayının 18,8 faizini təşkil edir. Bu göstərici 2003-2004-cü tədris ilində 33,4 faiz olub.

Ölkədə lisey və gimnaziyaların sayı 2011-ci ildə 95-ə çatdırılıb.

Hesabatda bildirilib ki, "Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində indiyədək ölkə üzrə 1200 təhsil müəssisəsi genişzolaqlı sürətli internetlə təmin olunub. Ötən il "Elektron məktəb" layihəsinə 10 yeni pilot təhsil müəssisəsi əlavə edilib və onların sayı 40-a çatdırılıb.

Azərbaycan müəllimləri üçün korporativ üslüblu elektron poçt xidməti yaradılıb. Bu xidmətdə qeydiyyatdan keçən müəllimlərin sayı 1500 nəfərə çatıb.

Geri qayıt