Əsas Səhifə > Hadisə > ƏTRİYYAT DAŞIYAN MAŞIN AŞDI

ƏTRİYYAT DAŞIYAN MAŞIN AŞDI


10-03-2012, 13:16
ƏTRİYYAT DAŞIYAN MAŞIN AŞDI

NƏTİCƏDƏ SÜRÜCÜ DÜNYASINI DƏYİŞİB

Bu gün Xaçmaz rayonu ərazisində, Gəndob-Yalama yolunun 18-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, 1961-ci il təvəllüdlü, Bakı şəhər sakini Nizam Mehdiyevin idarə etdiyi 19 BC 304 dövlət nömrə qeydiyyatlı yük maşını ilə Xaçmaz rayonu Çarxı kənd sakini David Namzavun idarə etdiyi 27 BG 647 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qəza törədən yük maşını Rusiyadan Azərbaycana ətriyyat məhsulları daşıyırmış.


Geri qayıt