Əsas Səhifə > Ölkə > AYAZ MÜTƏLLİBOV “UJE” AĞSAQQALLIQ EDİR

AYAZ MÜTƏLLİBOV “UJE” AĞSAQQALLIQ EDİR


6-10-2011, 13:50
AYAZ MÜTƏLLİBOV “UJE” AĞSAQQALLIQ EDİR

KEŞMİŞ PREZİDENT QARABAĞ PROBLEMİNDƏN DANIŞDI

“Azərbaycanlılar və ermənilər elə etməlidir ki, üçüncü tərəf araya girməsin”. Rusiya paytaxtı Moskvada mühacirət həyatı yaşayan sabiq prezidenti, Sosial Demokrat Partiyasının həmsədri Ayaz Mütəllibov “Media forum” saytına açıqlamasında belə deyib.

“Rusiyada Dmitri Medvedyevin prezidentlikdən getməsi və baş nazir Vladimir Putinin yenidən birinci şəxs kürsüsünə qayıtması Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərə bilər” sualını cavablandıran Ayaz Mütəllibov deyib: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında baş verib, iki xalqın və iki dövlətin müharibəsidir. Ötən 23 il göstərdi ki, münaqişəni kənardan həll etmək cəhdləri heç bir nəticə vermir. Münaqişənin dinc yolla nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu 17 il ərzində nəticə əldə edə bilməyib.

Ona görə də iki xalq elə etməlidir ki, üçüncü tərəf araya girməsin. Çünki iki xalqın arasına girən hər bir tərəfin öz milli marağı olur. Rusiyanın, Avropa ölkələrinin, ABŞ-ın və başqa böyük dövlətlərin hər birinin öz milli maraqları var. Bütün bunlar geosiyasi məsələdir və heç də göründüyü qədər asan deyil”.

2011-ci il sentyabrın 24-də Rusiyanın dövlət başçısı Medvedyev baş nazir Putini növbəti prezident seçkisində namizəd olmağa çağırıb. 2000-2008-ci illərdə prezident postunu tutmuş Putin 2012-ci il martın 4-d keçiriləcək prezident seçkisində namizəd olmağa razılaşdığını bildirib.


Geri qayıt