Əsas Səhifə > Siyasət, Manşet > VERGİLƏR NAZİRİNİN ŞADLIQ EVİ BİZNESİ

VERGİLƏR NAZİRİNİN ŞADLIQ EVİ BİZNESİ


10-03-2012, 12:36
VERGİLƏR NAZİRİNİN ŞADLIQ EVİ BİZNESİ

DÖVRİYYƏSİNDƏN ASILI OLARAQ OBYEKTLƏRDƏN 20-30 MİN MANAT YIĞILIR

DİA.AZ: - Bakının bir sıra nöqtələrində yerləşən şadlıq sarayları Vergilər Nazirliyi tərəfindən yenidən əlavə yükləmələrə məcbur edilir. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda vurğulanır ki, şadlıq saraylarının dövriyyəsindən asılı olaraq həmin yükləmələr 20-30 min manat arasında dəyişir. İddialara inansaq, belə hallar Bakıda kütləvi xarakter alıb və demək olar, şadlıq saraylarını işlədənlərin böyük əksəriyyəti vergi müfəttişlərinin qanunsuz tələbləri ilə üzləşiblər.

Həmçinin qeyd edilir ki, əlavə vergi (buna orta əsrlərin dili ilə bac-xərac desək, daha doğru olardı) bank vasitəsi ilə ödənilmir. Məbləğ nağd şəkildə vergi müfəttişinə verilir. Bu zaman isə müvafiq ödəniş qəbzi sahibkara təqdim olunmur. Müfəttişlər qanunsuz vergi yığımının səbəbi kimi ilk rübün sonunda gözlənilən mümkün büdcə kəsirlərini görürrlər, amma başqa səbəblərin də ola biləcəyini də istisna etmirlər.

Həmçinin qeyd olunurdu ki, bu üzdən də artıq Fazil Məmmədovun işçilərinin davranışlarından, ümumiyyətlə isə qanunsuz vergi yığımlarından ölkə rəhbərliyinə şikayət dalğası başlayıb. Şikayətlərdə baş verənlər sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə kimi qiymətləndirilir və prosesin önünün alınması xahiş edilir. Amma deyəsən, Fazil Məmmədov sahibkarlıqların qəzəbindən qorxmur. Belə olmasaydı, bu istiqamətdə xəbərlərin kütləvi hal almazdı.


Geri qayıt