Əsas Səhifə > Cəmiyyət > İRAN SƏFİRİ DANIŞDI
İRAN SƏFİRİ DANIŞDI9-03-2012, 17:55 |
SƏFİR TƏBRİZİN, URMİYANIN “İRAN ŞƏHƏRİ” OLDUĞUNU VURĞULADI “İran vətəndaşlarını Bakıya, Şəki, Gəncə və digər Azərbaycan şəhərlərə dəvət edirəm. Azərbaycanda olan bacı-qardaşlarımızı isə İrana səfərlərə dəvət edirik. Qoy gedib, Tehran, Təbriz, Urmiya və başqa İran şəhərlərini görsünlər”. APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bu gün keçirdiyi mətbuat konfransında “Fars” Xəbər Agentliyinin İran vətəndaşlarına Novruz tətillərində Azərbaycana səfər etməmək göstərişinin verilməsi barədə yaydığı xəbərə münasibət bildirərkən deyib. “İki ölkə xalqları eyni kökə malikdir, eyni dinə mənsubdurlar. Heç ola bilərmi ki, belə bir qadağa olsun?”, - deyə bildirib. Səfir İranın Azərbaycan vətəndaşları üçün bu ölkəyə vizasız gedişin ləğvi barədə yayılan xəbərləri də təkzib edib: “Biz bacı-qardaşlarımızın üzünə açdığımız qapını bağlamarıq”. Qeyd edək ki, “Fars” xəbər agentliyi İran vətəndaşlarına Novruz bayramı tətillərində Azərbaycan Respublikasına səfər etməməsi ilə bağlı xəbərdarlıq edildiyi barədə xəbər yayıb. Xəbərdə Azərbaycan Respublikasında yaxşı turizm xidməti göstərilmədiyi qeyd olunub, iranlı turistlərlə xüsusi olaraq kobud rəftar etdiyi bildirilib. Məlumatda həmçinin bir çox İran vətəndaşının səfər zamanı Azərbaycanda həbs olunduğu vurğulanıb. Geri qayıt |