Əsas Səhifə > Ölkə, Manşet > RƏSUL QULİYEV YENİ ŞOUYA HAZIRLAŞIR
RƏSUL QULİYEV YENİ ŞOUYA HAZIRLAŞIR9-03-2012, 17:51 |
ACP LİDERİNİN ADAMLARI SAHİBKARLAR ÜÇÜN TƏLƏ QURMAQDADIRLAR DİA.AZ: - Neçə müddətdir ki, ABŞ-da siyasi mühacir həyatı yaşayan keçmiş spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev fəallaşıb. Artıq bir neçə təşkilatla yeni blok yaradan sabiq parlament sədri ara-sıra iddialı bəyanatlarından və müxalifət liderlərinin ünvanına söylədiyi haqlı-haqsız fikirlərindən başqa elə bir ciddi fəaliyyəti ortaya qoya bilməsə də, onun məxfi qaydada bir sıra davranışlara imza atdığı söylənilir. Bu barədə redaksiyamıza hökumət içindəki çox mötəbər qaynaqlardan verilən xəbərlərdən aydın olur ki, Rəsul Quliyevin Bakıdakı dayaqları artıq yerli hakimiyyətin xüsusi diqqətini cəlb etməyə müvəffəq olub: «Keçmiş spikerin adamları ayrı-ayrı ünvanlarda danışıqlar apararaq, yenidən Rəsul Quliyevin adı ətrafında bir imic formalaşdırmağa çalışırlar». Mənbənin DİA.AZ-a bildirdiyinə görə, keçmiş parlament rəhbərinin adamları əsas olaraq yerli sahibkarlarla təmaslarda maraqlı görünürlər: «Təxminən 10-a yaxın iş adamına Rəsul Quliyevin adından müraciət olunub. Onlara aşkar surətdə yalanlar danışılır və bildirilir ki, guya Rəsul Quliyevin dönüşünə az qalıb və əgər bundan sonra da rahat olmaq istəyirlərsə, o zaman YAP iqtidarını devirəcək Rəsul Quliyevlə indidən əməkdaşlıq etməlidirlər». Mənbəmiz bildirir ki, Rəsul Quliyevin adamları əsasən Naxçıvandan olan sahibkarların bəzilərinə sözügedən şəkildə müraciətlər ediblər: «Lakin əksəriyyətdən rədd cavabı alınıb. Amma «fikirləşərəm» deyənlər də var. Təbii ki, bu növbəti tələdir». Onu da bildirək ki, Rəsul Quliyev məhz 2005-ci ilin 17 Oktyabr hadisələrinin əsas «qəhrəmanı» kimi diqqətə gəlmişdi və onun «gəlirəm» manipulyasiyasının hesabına bu gün iki keçmiş nazir məhbəs həyatı yaşayır. Hər halda, ACP liderinin yuxarıda vurğuladığımız hərəkətlənməsi də eyni proseslərin təkrarın başqa heç bir nəticə ilə yekunlaşa bilməz. Xatırladaq ki, 2005-ci ilin aprel ayında ABŞ Dövlət Departamenti tərəfindən belə bir bəyanat verilmişdi ki, rəsmi Vaşinqton Azərbaycanda AXCP sədri Əli Kərimli ilə, prezident İlham Əiyevlə, Müsavat başqanı İsa Qəmbərlə və AMİP lideri Etibar Məmmədovla əməkdaşlıq etməkdə maraqlıdır. Bəyanatda o da vurğulanırdı ki, Rusiyanın qaranlıq çevrələri ilə bağlılığı şübhə doğurmayan Rəsul Quliyevlə bu ölkənin hansısa formada əməkdaşlığı mümkün deyil. Geri qayıt |