Əsas Səhifə > Partiya > “PARLAMENTDƏ MÜXALİFƏT YOXDUR”

“PARLAMENTDƏ MÜXALİFƏT YOXDUR”


9-03-2012, 15:33
“PARLAMENTDƏ MÜXALİFƏT YOXDUR”

MEHMAN CAVADOĞLUDAN QALMAQALLI AÇIQLAMA

Millət vəkili Hadı Rəcəbli müxalifətlə hər hansı formada əməkdaşlıqla bağlı məsələlər münasibət bildirərkən qeyd edib ki, hazırda Milli Məclisdə kifayət qədər müxalifətçi deputatlar var və onlar istədikləri vaxt hakimiyyətə qarşı tənqidi fikirlərini səsləndirirlər. Lakin digər müxalifət nümayəndələri dağıdıcı olduğundan, onlarla hər hansı bir söhbət aparmaq mümkün deyil. Eyni halda, o qeyd edib ki, ağa-qara deyən müxalifətlə hər hansı bir dialoqa və danışıqlara getmək mümkün deyil. Müxalifət olaraq doğrudan da ağa qara deyir? Nəyə görə hakimiyyət nümayəndələri İP-da təmsil edilən qüvvələri dağıdıcı müxalifət kimi qələmə verirlər?

Müsavat Partiyasının başqan müavini Mehman Cavadoğlu, Hadı Rəcəblinin fikirləri ilə bağlı FaktXeber.com-a münasibət bildirərkən qeyd etdi ki, millət vəkilinin bu fikri özünün yox, birbaşa hakimiyyətin mövqeyidir Bu mövqeyin hakimiyyətin neçə illərdir ölkə müxalifətinə qarşı apardığı kampaniyanın tərkib hissəsi olduğunu qeyd edən başqan müavini, “hakimiyyətə onun sözü ilə oturub-duran müxalifət lazımdır”, - deyə qeyd etdi: “Hazırda Milli Məclisdə olan müxalifət nümayəndələri hakimiyyətin istədiyi şəxslərdir. Bunlar sanki görüntü xarakteri daşıyır. Real müxalifət bu gün İP-da təmsil olunur. Bu müxalifət ölkənin problemlərinin həlli üçün qarşısına məqsəd qoyub.”

Sonda Mehman bəy qeyd etdi ki, hazırda hakimiyyətə İP kimi müxalifət sərf eləmir: “Ona görə ki, hakimiyyət İP-nı konkret olaraq özünü siyasi rəqibi kimi görür. Hakimiyyət bu səbəbdən də müxalifətə qarşı aqressiv mövqedən çıxış edir.”


Geri qayıt