Əsas Səhifə > Hadisə > HAKİMİYYƏTLƏ SAKİNLƏRİN DAVASI DAVAM EDİR

HAKİMİYYƏTLƏ SAKİNLƏRİN DAVASI DAVAM EDİR


9-03-2012, 14:48
HAKİMİYYƏTLƏ SAKİNLƏRİN DAVASI DAVAM EDİR

“QIŞ BULVARI” ƏRAZİSİNDƏ QƏFİL SÖKÜNTÜ İŞLƏRİ BAŞLAYIB

Bu gün Mirzəağa Əliyev küçəsi, 232 ünvanındakı dördmərtəbəli binanın sakinləri görüblər ki, naməlum şəxslər evin damını sökür. Hiddətlənmiş sakinlər fəhlələri damdan qovublar.

Sakinlər Turan-ın müxbiri ilə söhbətdə bildiriblər ki, icra hakimiyyəti bir kv. metrə görə 1500 manat təklif edir, lakin bazar qiymətini nəzərə alsaq, bu, onları qane etmir. Buna cavab olaraq hakimiyyət sakinləri işıq və qazdan məhrum edir, damı sökür. Qonşu Bədəlbəyli və Füzuli küçələrində də evlərin sökülməsində hakimiyyət bu üsullara əl atmışdı.

Hakimiyyət vətəndaşların qanuni maraqlarına, bu maraqları nəzərə almağa çağıran beynəlxalq qurumların tənqidlərinə məhəl qoymur.

Xatırladaq ki, mənzillərin söküldüyü yerdə “Qış bulvarı”nın salınacağı bildirilir.


Geri qayıt