Əsas Səhifə > Hadisə > TRAKTORUMUZ MİNAYA DÜŞDÜ

TRAKTORUMUZ MİNAYA DÜŞDÜ


9-03-2012, 14:43
TRAKTORUMUZ MİNAYA DÜŞDÜ

TRAKTORÇUNUN XƏSARƏTİ YÜNGÜL OLUB

Ağdam rayonunda traktor minaya düşüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon sakini Bayramov Rövşən Bayram oğlu

qoşunların təmas xəttində yerləşən Mirəşelli kəndi yaxınlığında yer şumlayan zaman mina partlayıb. Xəsarət alan R. Bayramov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onun xəsarətlərinin həyatı üçün təhlükə yaratmadığı bildirilib.

Minaya düşən traktor yanaraq yararsız hala düşüb.

Geri qayıt