Əsas Səhifə > Güney Press, Araşdırma > JURNALİST ZAKİR QARALOV və RAMİL USUBOVA MÜRACİƏT ETDİ

JURNALİST ZAKİR QARALOV və RAMİL USUBOVA MÜRACİƏT ETDİ


9-03-2012, 14:10
JURNALİST ZAKİR QARALOV və RAMİL USUBOVA MÜRACİƏT ETDİ

ŞƏXSİ HƏYATA TOXUNMA MƏSULİYYƏT YARADIR

Jurnalist Xədicə İsmayılova şəxsi həyatına müdaxilə olunduğunu bəyan edib. Şəxsi həyatın toxunulmazlığını pozma isə cinayət məsuliyyəti yaradır.

“Media forum” saytı bildirir ki, Cinayət Məcəlləsinin 156-cı maddəsinə (Şəxsi həyatın toxunulmazlığını pozma) görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə ona üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilə bilər.

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova şantajla hədələnib. Martın 7-də jurnalistin ev ünvanına təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Jurnalistə özünü yığışdırmaq məsləhət görülüb, əks halda rüsvay olacağı bildirilib.

***

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubova şikayət ərizəsi göndərib. Martın 9-da “Media forum” saytına danışan Xədicə İsmayılova bildirib ki, hüquq mühafizə orqanlarından tələbi şantaj məktubu göndərənlərin tapılıb cəzalandırılmasıdır.

Xədicə İsmayılova şantajla hədələnib. Martın 7-də jurnalistin ev ünvanına təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Jurnalistə özünü yığışdırmaq məsləhət görülüb, əks halda rüsvay olacağı bildirilib.


Geri qayıt