Əsas Səhifə > Şou-biznes > RUHİNİN QƏRİBƏ DOĞUM GÜNÜ

RUHİNİN QƏRİBƏ DOĞUM GÜNÜ


9-03-2012, 13:44
RUHİNİN QƏRİBƏ DOĞUM GÜNÜ

TÖRƏNDƏ ƏKS CİNSİN NÜMAYƏNDƏLƏRİ OLMADI

Ötən gün sənətçi Ruhi doğum gününü qeyd edib.

Məclis onun ailə üzvləri və sayılı sənət dostlarının əhatəsində keçirilib. Milli.Az-ın məlumatına görə, ad gününə yalnız xanımlar qatılıb, əks cinsin adamı olmayıb. Yerli sənətçilərdən İlhamə Quliyeva, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Safura, Sevda Yəhyayeva, teleaparıcı Nanə Ağamalıyeva və başqaları olub.

Məclisdə Türkiyədən də qonaq olub. Rəqqasə kimi tanıdığımız Asena məclisdə qonaq kimi iştirak etməklə yanaşı, rəqs nümayiş etdirib.

Bu gün isə o, Türkiyəyə qayıdıb.

Qeyd edək ki, Ruhiyə doğum günündə çoxlu güllər və maraqlı hədiyyələr təqdim edilib.


Geri qayıt