Əsas Səhifə > Ölkə > “XƏDİCƏ İSMAYILOVANI LƏKƏLƏMƏK İSTƏYƏNLƏR”…

“XƏDİCƏ İSMAYILOVANI LƏKƏLƏMƏK İSTƏYƏNLƏR”…


9-03-2012, 13:14
“XƏDİCƏ İSMAYILOVANI LƏKƏLƏMƏK İSTƏYƏNLƏR”…

“ONSUZ DA MƏĞLUB OLUBLAR”

Mərkəzi qərargahı ABŞ-da olan Jurnalistləri Müdafiə Komitəsi jurnalist Xədicə İsmayılovaya qarşı hədələri pisləyib. “Azadlıq” radiosunun məlumatına görə, qurumun Avropa və Mərkəzi Asiya proqramlarının koordinatoru Nina Oqnyanova etirazını belə ifadə edib: “Biz həmkarımız Xədicə İsmayılovanı susdurmaq üçün intim taktikasından istifadə edilməsini eşidib dəhşətə gəldik. Azərbaycan hakimiyyətini onun təhlükəsizliyinə zəmanət verməyə və cinayətkarları ədalət mühakiməsinə gətirməyə çağırırıq. Xədicə İsmayılova Azərbaycanın ən cəsarətli və azad jurnalistlərindən biridir. Onu ləkələmək istəyənlər onsuz da məğlub olublar”.

Martın 7-də naməlum şəxslər “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın Bakıdakı evinə məktub göndərib susmasını tələb ediblər. Məktubda qeyd olunub ki, əks halda intim şəkillərini yayacaqlar.


Geri qayıt