Əsas Səhifə > Gündəm, Manşet > DÖVLƏT “AZERCELL”Ə ƏL QOYUR

DÖVLƏT “AZERCELL”Ə ƏL QOYUR


6-10-2011, 13:28
DÖVLƏT “AZERCELL”Ə ƏL QOYUR

ƏN BÖYÜK MOBİL OPERATOR DÖVLƏTİN NƏZARƏTİNƏ VERİLİR

DİA.AZ: - Nə zamandır Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə yola getməyən «Azercell Telekom» MMC mobil operatorunun dövlət tərəfindən alınacağı barədə redaksiyamıza çox ilginc faktlar daxil olub. Bildirək ki, bu barədə xəbərlər «Dünya» İnformasiya Agentliyinə (dia.az) hökuət içindəki mötəbər mənbələr tərəfindən ötürülüb.

Məlumatlı mənbənin bildirdiklərindən belə aydın olur ki, əslində ilk əvvəl sırf olaraq dövlətə məxsus olan yeni mobil operatorun yaradılmsı planı mövcud olub. Lakin sonradan bu ideyadan vaz keçilib və qərara alınıb ki, Azərbaycan RİTN-nin payçısı olduğu «Azercell» mobil operatoru dövlətin nəzarəti altına keçirilsin.

Mənbəyə görə, əslində bu, həm də Azərbaycan dövlətinin milli maraqlarının diqtə etdiyi bir hadisədir: «Əksər ölkələrdə bu tipli müəssisələrə tamamən dövlət nəzarət edir. Çünki söhbət milli təhlükəsizlik məsələsindən gedir və bu istiqamətin birbaşa olaraq dövlətlərin müvafiq qurumlarının kontrolu altına alınmsı zəruridir».

Bildirək ki, əslində Azərbaycanda da bütün rabitə strukturları kimi «Azercell» də dövlətin nəzarəti altındadır. Amma bu zaman nəzarətin paylaşdırılması səbəbindən çox ciddi strateji ünvan olan rabitə sirrlərinin kənar güclərin əlinə keçə bilməsi imkanı da yaranır. Elə buna görə də, məhz dövlətin milli təhlükəsizlik problemi səbəbindən bu gün «Azercell»lə bağlı məlum qərar verilib.

Bu işin nə zaman gerçəkləşəcəyinə gəlincə isə mənbəmiz artıq hüquqi işləmlərin həyata keçirilməsi üçün hərəkətə keçildiyini də bildirdi: «Ən uzağı gələn ilin yanvar ayından etibarən «Azercell»ə tam olaraq dövlət sahiblənəcək».

Qeyd edək ki, "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A.S" şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub.

"Azercell Telekom" MMC öz fəaliyyətinə 1996-cı ilin 15 dekabr tarixindən etibarən başlamış və abonentlərin istifadəsinə sonradan ödəmə sistemi (abunəlik) əsasında qurulmuş mobil rabitə xidməti təqdim etmişdir.

1998-ci ildən etibarən SimSim — öncədən ödəmə sistemi tətbiq edilmişdir.

Azercell Telekom 2000-ci ildə özünün keyfiyyət idarəetmə sistemini qurub və 7 dekabr 2000-ci il tarixində bu sistemin Beynəlxalq ISO 9001 Standartına uyğunluğu barədə Sertifikat alıb. 2003-cü ildə şirkətimiz eyni Standartın 2000-ci il versiyasına, 2009-cu ildə isə 2008-ci il versiyasına əsasən öz keyfiyyət sistemini yeniləyib ISO 9001:2008 Standartına uyğunluq Sertifikatı əldə edib.

2011-ci ildə şirkətimiz İSO 10002:2004 beynəlxalq standartına (Keyfiyyətin idarə olunması — Müştəri məmnuniyyəti — Müəssisələrdə şikayətlərə baxılmasına dair təlimatlar) uyğunluq sertifikatını əldə etmişdir.

2006-cı ildə Azercell Telekom IIP (Investors In People) - İnsanlara Sərmayədar (İS) Standartı üzrə Sertifikat ilə təltif edilmişdir.

Azercell Telekom IIP Standartı çərçivəsində bütün 12 meyara cavab vermiş və dünyada 36,000-dən çox IIP Standartı ilə işləyən şirkətlərin siyahısına daxil edilmişdır.

IIP- şirkətlərin qarşısına qoyduğu iş hədəflərinə nail olmaları üçün əməkdaşlarının təlimi və inkişaf etdirilməsi istiqamətində qabaqcıl iş təcrübəsi müəyyən edən Standartdır. Standart iş hədəflərinin müəyyənləşdirilməsi və təbliğ edilməsi, həmçinin əməkdaşların inkişaf etdirilməsi kimi planlı yanaşma vasitəsilə məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılması üçün yaradılmış bir strukturdur. Bu strukturun nəticəsi olaraq, təşkilat öz əməkdaşlarının inkişaf etdirilməsi, əməkdaşlar isə özlərinin və başqalarının iş məhsuldarlığının artırılması prinsipi ilə çalışırlar.

"Azercell Telekom" MMC-in hazırki prezidenti Ali Ağandır.


Geri qayıt