Əsas Səhifə > Cəmiyyət > 1 MANATA GÖRƏ QULAQ KƏSƏNLƏRİN MƏHKƏMƏSİ BAŞLAYIR

1 MANATA GÖRƏ QULAQ KƏSƏNLƏRİN MƏHKƏMƏSİ BAŞLAYIR


9-03-2012, 13:05
1 MANATA GÖRƏ QULAQ KƏSƏNLƏRİN MƏHKƏMƏSİ BAŞLAYIR

ÖZLƏRİNİ QİSMƏN TƏQSİRLİ BİLDİLƏR

Bakı Ağır Cinayətlər Məhkəməsində İsmayıllı sakini Nəsrəddin Qəribovun qulağını kəsməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər Yusif Nuriyev və Emil Əliyev ifadə verərək, ittiham aktı üzrə özlərini qismən təqsirli bildiklərini deyiblər.

Proses martın 16-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər İsmayıllı sakini 1965-ci il təvəllüdlü Qəribov Nəsrəddin Seyfəddin oğlunun yolunu kəsərək pul tələb ediblər. N. Qəribova 9 bıçaq xəsarəti yetirən Y. Nuriyev və E. Əliyev onun cibində olan 1 manatı götürdükdən sonra zərərçəkmiş şəxsin qulaqlarını kəsiblər. Hadisədən sonra bir neçə saat huşsuz halda qalan N. Qəribovu ərazidən keçən şəxslər polis bölməsinə, daha sonra isə xəstəxanaya çatdırıblar. Bölmə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Y. Nuriyev və E. Əliyev saxlanılaraq məsuliyyətə cəlb edilib.


Geri qayıt