Əsas Səhifə > Hadisə > BAŞ PROKURORLUQDA KADR DƏYİŞİKLİKLƏRİ OLUB

BAŞ PROKURORLUQDA KADR DƏYİŞİKLİKLƏRİ OLUB


9-03-2012, 12:31
BAŞ PROKURORLUQDA KADR DƏYİŞİKLİKLƏRİ OLUB

ZAKİR QARALOV YENİ TƏYİNATLAR VERİB

Baş Prokurorluqda yeni kadr dəyişiklikləri olub.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Elmar Camalov tutduğu vəzifədən azad edilərək Baş prokurorun böyük köməkçisi, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Elşən Albəndov isə Baş prokurorun köməkçisi vəzifəsinə təyin ediliblər.


Geri qayıt