Əsas Səhifə > Hadisə > GƏDƏBƏY QIZIL ZAVODUNU QARƏT EDƏN DƏSTƏ İFŞA OLUNUB

GƏDƏBƏY QIZIL ZAVODUNU QARƏT EDƏN DƏSTƏ İFŞA OLUNUB


8-03-2012, 13:31
GƏDƏBƏY QIZIL ZAVODUNU QARƏT EDƏN DƏSTƏ İFŞA OLUNUB

ŞOK MƏLUMATLAR YAYILDI

Gədəbəy qızıl-mis emalı zavodunda xam qızılın oğurlanması ilə məşğul olan Azərbaycan vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar dəstə ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilib. Modern.az saytının məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2011-ci illə bağlı hesabatında Milli Təhlükəsizlik Nazirliyinə (MTN) istinadən bildirilib.

Hesabatda qeyd olunub ki, MTN-nin məlumatına görə, 2011-ci ildə saxta sənədlər, o cümlədən saxta qiymətli kağızlar hazırlamaq, nəzarətdən kənar beynəlxalq rabitə xidmətinin təşkili, qanunla qorunana kompüter informasiyalarının, qanunsuz olaraq daxil olma, küllü miqdarda vergi ödənişlərindən yayınma və insanların etibarını qazanmaqla külli miqdarda pul vəsaitini mənimsəmə cinayətləri üzrə 14 cinayət işi başlanıb, 22 Azərbaycan, 1 İran vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub.

Saxta sənədlərdən istifadə etməklə dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərinin sui-istifadə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə halları da daxil olmaqla 8 cinayət işini istintaqı nazirliyin təqdim etdiyi materialları əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiya Qaraşı Mübarizə İdarəsi, 1 cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin, daha 4 cinayət işinin istintaqı isə Baş Prokrorluğun müvafiq istintaq orqanları tərəfindən aparılıb.

Terrorçuluğa, ekstermizim təzahürlərinə qarşı mübarizə istiqamətində həyata keçirilmiş əks-kəşfiyyat və əməliyyat-axtarış tədbirləri nəticəsində Pakistan-Əfqanıstan ərazilərində koalisiya qüvvələrinə qarşı silahlı birləşmələrdə iştirak etmiş və beynəlxalq axtarışda olan 2 nəfər tutularaq cinayət məsuliyyətinə cəlb olunub.

Vətəndaşlara qarşı quldurluq əməllərini həyata keçirən 1 nəfər şəxs və onun yaxın əlaqədə olduğu 2 nəfər müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunub.

Hüquq mühafizə orqanlarına müxtəlif obyektlərə partlayıcı və bu qurğuların qurşadırılması barədə telefon vasitəsilə 39 məlumat daxil olub, məlumatlardan heç biri keçirilmiş tədbirlər nəticəsində təsdiq olunmayıb.
Terrorçuluq barədə yalnış məlumat vermiş şəxslərdən 16-ı azyaşlı uşaq olduğu üçün onlara qarşı profilaktik tədbirlər görülüb, 4 nəfər haqqında “Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə” maddəsi ilə cinayət işi başlanıb, 9 nəfər ruhi xəstə olduğundan barələrində alternativ qərar qəbul edilib.

Terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətinə qarşı aparılan tədbirlər çərcivəsində diqqət dairəsinə düşən şəxslər sırasında qanunsuz olaraq odlu silah və hərbi sursat saxlama halları da aşkar olunub, faktlar üzrə cinayət işləri başlanılıb, 2 nəfər cinayət məsuliyyətinə cəlb olunub.


Geri qayıt