Əsas Səhifə > Sosial, Manşet > SƏFƏR ƏBİYEV İSTEFA ƏRİZƏSİ YAZIB

SƏFƏR ƏBİYEV İSTEFA ƏRİZƏSİ YAZIB


8-03-2012, 13:24
SƏFƏR ƏBİYEV İSTEFA ƏRİZƏSİ YAZIB

BU ŞOK MƏLUMATI RƏSMİ QAYNAQLAR DOLAYI YOLLA TƏSDİQLƏYİR

DİA.AZ: - Azərbaycanın müdafiə naziri Səfər Əbiyev istefa ərizəsi yazıb və artıq nazirin bu mövqeyi dövlət başçısının diqqətinə də çatdırılıb. Bu barədə məlumat redaksiyamıza hakimiyyət içindəki çox ciddi qaynaqlardan ötürülüb.

DİA.AZ-ı bilgiləndirən mənbənin sözlərindən belə aydın olur ki, son günlər müdafiə nazirinin hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət edən general-mayor Lənkəran Əliyevlə yaşadığı münaqişə belə bir addımın atılmsını zəruri edib.

Mənbəmiz bildirir ki, Səfər Əbiyev bu qovğaya o qədər aludə olub ki, hətta Lənkəran Əliyevlə bağlı ölçü götürülməsi üçün «yuxarıların» icazəsini almaq istəyib: «Amma vəziyyət müdafiə nazirinin gözlədiyinin əksinə inkişaf edib. Ona ciddi şəkildə xəbərdarlıq edilib ki, Lənkəran Əliyevlə apardığı münaqişəyə son verməlidir. Vəziyyətin bu şəkildə cərəyan edəcəyi nazirə çox ciddi təsir edib».

Məhz bundan sonra istefa ərizəsi yazan nazirin Lənkəran Əliyev məsələsində prinsipal olduğunu bildirən qaynağımız əslində burada Səfər Əbiyevin gerçəkdən də haqlı tərəf olduğunu xüsusi olaraq vurğuladı: «Bu qovğada nazirliyin haqlı olması bir faktdır. Lənkəran Əliyevin kimliyi hər kəsə məlumdur. Onun tabeçiliyində olan əsgərləri danışdırsalar, gərək Səfər Əbiyevin istədiyindən də betər bir addım atıla. Lənkəran Əliyev bu gün hərbi tribunala verilmirsə, şükür etməlidir. Məhz onun rəhbərliyi altında xidmətini başa vurmuş Azərbaycan oğullarının əksəriyyəti bu gün ata olmaq kimi bir problemi yaşayırlar. Onun keçmiş əsgərlərinin hamısı böyrəkdən müalicə alır. Bu təsadüfdürmü?»

Bildirək ki, Səfər Əbiyevin istefa ərizəsi yazması xəbərini qeyri-rəsmi olaraq rəsmi qaynaqların bəziləri də təsdiqləyiblər və onlar da nazirin Lənkəran Əliyevlə bağlı konfliktdə çox israrlı olduğunu bildirirlər.

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt