Əsas Səhifə > Şou-biznes > RAFET EL ROMAN BAKIDADIR

RAFET EL ROMAN BAKIDADIR


8-03-2012, 12:58
RAFET EL ROMAN BAKIDADIR

TÜRK MÜĞƏNNİSİ CƏMİ BİR GÜN QONAĞIMIZ OLACAQ

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə paytaxtımızda yeni fəaliyyətə başlayacaq ticarət mərkəzinin açılışını edəcək tanınmış türk müğənninin konserti pulsuz olacaq. Əldə etdiyimiz məlumata görə, qarlı hava şəraitinin olmasına baxmayaraq, Rafet El Romanın da içində olduğu təyyarə Bakı vaxtı ilə saat 12.30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Axşama doğru səhnəyə çıxacaq sənətçinin növbəti səfəri də məhsuldar olacaq. Proqrama Rafetin media mənsubları ilə görüşü də daxil edilib.

Azərbaycanda konsert verən türk müğənniləri sırasında birinciliyi heç bir həmkarı ilə bölüşməyən El Roman cəmi bir gün qonağımız olduqdan sonra İstanbula geri dönəcək.


Geri qayıt