Əsas Səhifə > Cəmiyyət > “SİZ RAZILIĞA GƏLİN, BİZ DƏ SİZİ DƏSTƏKLƏYƏRİK”
“SİZ RAZILIĞA GƏLİN, BİZ DƏ SİZİ DƏSTƏKLƏYƏRİK”8-03-2012, 12:55 |
BU TEZİS ÖZÜNÜ DOĞRULTMAYIB ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan tərəfinin konustruktiv mövqe tutması üçün digər yolları axtarıb tapmalıdır. Bunu açıqlamasında Prezident Administrasiyasının (PA) xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. Şöbə müdirinin sözlərinə görə, Kazan görüşündən sonra bir daha göründü ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin davamlı və ədalətli həllinə maraq göstərmir. N.Məmmədov deyib ki, Ermənistan münaqişənin ədalətli həlli istiqamətində aparılan danışıqlar prosesini uzatmaq istəyir: “Həməsdrlərin “siz razılığa gəlin, biz də sizi dəstəkləyərik” tezisi özünü doğrultmayıb. Artıq ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın qeyri-konustruktiv mövqedə dayanmasına əmin olublar”. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona sonuncu səfərinə də toxunan PA rəsmisi vurğulayıb ki, vasitəçilərin regiona səfəri təbiidir. Geri qayıt |