Əsas Səhifə > Hadisə > 1 GÜNDƏ GÜCLÜ KÜLƏK 3 YERİ YANDIRDI

1 GÜNDƏ GÜCLÜ KÜLƏK 3 YERİ YANDIRDI


8-03-2012, 12:45
1 GÜNDƏ GÜCLÜ KÜLƏK 3 YERİ YANDIRDI

GÖYÇAYDA FÖVQƏLADƏ VƏZİYYƏT YARANIB

Göyçay rayonunda yanğın hadisələri baş verib.

APA-nın məlumatına görə, hadisələr martın 7-də axşam saatlarından rayonda başlamış güclü küləkdən sonra qeydə alınıb. Rayonun Ləkçiplaq, Kürdəmiş və Qaraman kəndlərində kol-kos, ağaclar və quru ot, torpaq sahələrin kənarındakı qamışlıq zolağı yanıb.

Ümumilikdə 3 hektara qədər ərazini əhatə edən yanğının yaşayış evlərinə keçməsinin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

Göyçay Yanğından Mühafizə Hissəsindən APA-ya bildirilib ki, kol-kos, qamışlıq, quru otlaq və biçilmiş taxıl sahələrinin vətəndaşlar tərəfindən yandırılması halları tez-tez baş verir: “Yanğınların nəzarətdən çıxaraq yaşayış sahələrinə keçməməsi üçün biz əraziyə dərhal yanğınsöndürmə maşınları və canlı qüvvə cəlb edirik. Əslində bu cür halların baş verməsi həm ekoloji, həm də maddi və mənəvi cəhətdən ziyanlıdır”.

Qeyd edək ki, fevralın 26-da bir gündə rayonun 8 kəndində bu cür yanğın hadisələri baş verib.


Geri qayıt