Əsas Səhifə > Gündəm, Manşet > İRAN BAKIDA YƏHUDİ AGENTİ AXTARIR

İRAN BAKIDA YƏHUDİ AGENTİ AXTARIR


8-03-2012, 12:38
İRAN BAKIDA YƏHUDİ AGENTİ AXTARIR

FARS MƏTBUATINDA YENƏ DƏ “MOSSAD”IN BAKIDAKI DAYAQLARINDAN YAZILDI

DİA.AZ: - Fars molla rejiminin xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən “AranNews” portalında yenə də İsrail-Azərbaycan münasibətləri geniş şəkildə təftiş olunub. Materialda İsrail hərbi və təhlükəsizlik analitiki Hillari Orrun İsrailin 10-cu telekanalına müsahibəsi zamanı "Azərbaycanda çoxlu turist cazibədarlığı vardır. Ona görə də israillilər səyahət üçün bu ölkəyə üz tuturlar" ifadəsinin üzərində xüsusi olaraq dayanılıb.

DİA.AZ bildirir ki, məlumatda daha sonra deyilir: "Azərbaycan İslam ölkəsidir və əhalisinin 90%-i şiədir. Bu ölkənin İranla geniş torpaq sərhədləri vardır".

Analtik Azərbaycan Respublikasının İsrail və ABŞ-la möhkəm əlaqələrinə işarə edərək dedi: "“Times” qəzeti son vaxtlar İsrail və Azərbaycan arasındakı strateji və təhlükəsizlik əlaqələrini kölgə altına salıb".

Hillari “Times” qəzetinin Şimon adlı Mossad agentlərindən biri ilə müsahibəsinə işarə edərək dedi: "Mossad agentləri öz məxfi məlumatlarını heç vaxt mətbuatın ixtiyarında qoymurlar".

O daha sonra deyib: "Şimon iddia edir ki, bir neçə nəfərdən ibarət mütəşəkkil bir dəstə İranın nüvə proqramı zəminində casusluq etməkdə Mossada işləyir".

İsrail hərbi və təhlükəsizlik analitiki deyir: "Şimon Azərbaycanın təhlükəsizlik qüvvələrinin İsrail ilə əməkdaşlığı barədə deyir ki, Azərbaycanın təhlükəsizlik qüvvələri Hizbullahın İsrail diplomatlarına qarşı əməliyyatların müəyyən edilməsi və qarşısının alınmasında İsrailə kömək edir".

Bu məlumat elə bir haldadır ki, azəri mediaları son vaxtlar hərbi silahların, o cümlədən pilotsuz təyyarələrin satın alınması ilə əlaqədar Bakı ilə Təl-Əviv arasında 1,6 milyard dollarlıq müqavilənin imzalanmasından xəbər verdilər və sionist lobbisi ilə erməni lobbisinin əməkdaşlığına toxunaraq bildirdilər ki, Təl-Əviv bu silahın Dağlıq Qarabağ münaqişəsində istifadə olunmayacağına əmindir.

Məlumatlara əsasən, Azərbaycan Respublikasına silahların satılması üçün sionist rejimin şərti İranın nüvə alimlərinin terror olunmasında Bakının Mossadla əməkdaşlığı olubdur.

İranın Xarici İşlər Nazirliyi keçən ay Azərbaycan Respublikasının Tehrandakı səfirini çağıraraq İranın nüvə alimlələrinin terror edilməsində Bakının Mossadla əməkdaşlığına etirazını bildirdi və İranın nüvə alimlələrinin terror edilməsində əli olan Cavidan təxəllüslü şəxsin İrana təhvil verilməsini tələb etdi.

İran İslam Respublikasının Bakıdakı səfiri də keçən həftə öz ciddi qeydləriniAzərbaycan Xarici İşlər Nazirliyinə bildirərək, İran Televiziya və Radio Şirkətinin Bakıdakı nümayəndəliyinin iki yerli əməkdaşının həbsini və onlara qarşı əsassız ittihamları tənqid edərək, onların dərhal azad olunmasını tələb etdi”.

Hər halda bu materialda belə Azərbaycanda “Mossad” agentlərinin olması İran tərəfindən israrla iddia olunur. Maraqlıdır ki, rəsmi Bakı nədənsə bu barədə danışmır. Təbii ki, bu da nəticədə fars mediasının davamlı olaraq üzərimziə yeriməsinə nədən olmaqdadır.

Onu da bildirək ki, dünən Naxçıvanda Azərbaycan, İran və Türkiyənin XİN başçıları görüşdülər. Həmin görüşdə İranın xarici siyasət idarəsinin rəhbəri Azərbaycanla bağlı çox isti açıqlamalar verdi. Hətta bu istiliyin özü belə fars-molla rejiminin antiAzərbaycan təbliğatını durdurmasına nədən olmayıb.


Geri qayıt