Əsas Səhifə > Ölkə, Manşet > QUBAYA YENİ İCRA BAŞÇISI GƏLİR

QUBAYA YENİ İCRA BAŞÇISI GƏLİR


7-03-2012, 17:35
QUBAYA YENİ İCRA BAŞÇISI GƏLİR

SAHİB MƏMMƏDOV RAUF HƏBİBOVUN YERİNƏ TƏSDİQ OLUNACAQ

DİA.AZ: - Hazırda Quba rayon icra hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Sahib Məmmədov elə rəsmən də rayonun rəhbəri olacaq. Bu barədə məlumatlar DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlar tərəfindən ötürülüb.

Məlumatı verən mənbə idida edir ki, Sahib Məmmədov təqdimatını birbaşa olaraq «yuxarılara» 1 mart hadisələri zamanı Qubaya ezam olunmuş dövlət nümayəndələrindən biri - Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev verib.

Qeyd edək ki, Sahib Məmmədov 1 mart olayları zamanı nəqliyyat naziri Ziya Məmmədov və PA rəsmisi Zeynal Nağdəliyevlə birgə olayların yatırılmasında sona qədər iştirak edib və onun bu fəaliyyəti ilə bağlı təqdirəlayiq qənaət birbaşa olaraq dövlət başçısına çatdırılıb.

Mənbəmiz onu da bildirdi ki, Sahib Məmmədov yaxın günlərdə icra başçısı olaraq rəsmən təsdiqlənəcək. O, hazırda rəsmi olaraq icra başçısının 1-ci müavini postunu tutur. Və nildirilir ki, Sahib Məmmədov rayon ictimaiyyəti arasında da böyük nüfuza sahibdir və elə “yuxarıların” diqqətini də onun bu keyfiyyəti cəlb edib.


Geri qayıt