Əsas Səhifə > Hadisə > QATARIMIZDA QƏZA

QATARIMIZDA QƏZA


6-10-2011, 12:51
QATARIMIZDA QƏZA

AZƏRBAYCANIN SƏRNİŞİN TEPLOVOZU YANDI

Bakı-Balakən istiqamətində hərəkət edən sərnişin qatarında yanğın olub. APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib.

Hadisə bu gün səhər saatlarında Şəki rayonu, Cəfərabad kəndində (rayon mərkəzindən 30 km aralı) qeydə alınıb. Bakı-Balakən istiqamətində hərəkət edən sərnişin qatarının teplovozunda 1 mühərrikin yanar hissələri yanıb. Teplovozun qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Yanğın saat 08:10-da yanğınsöndürənlər tərəfindən tam söndürülüb.


Geri qayıt