Əsas Səhifə > Partiya > FƏZAİL AĞAMALI NİYƏ HİRSLƏNİB?

FƏZAİL AĞAMALI NİYƏ HİRSLƏNİB?


7-03-2012, 17:10
FƏZAİL AĞAMALI NİYƏ HİRSLƏNİB?

"MİXAİL SAAKAŞVİLİ GƏLİB HAMIMIZI TƏHQİR ETDİ"

Parlamentin 7 mart iclasında gündəlikdə duran məsələ ilə bağlı çıxışa yazılan deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Gürcüstan prezidenti Mixail Saakaşvilinin Milli Məclisdəki çıxışına münasibət bildirmək istəyib.

“Media forum” saytının məlumatına görə, iclasa sədrlik edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Fəzail Ağamalının sözünü ağzında qoyub: “Hörmətli Mixail Saakaşvili Gürcüstan dövlətinin prezidentidir. Çox xahiş edirəm onun nə deyib-demədiyini müzakirə etməyək”.

Ziyafət Əsgərovun sözləri Fəzail Ağamalının etirazına səbəb olub. O, yerindən deyib: “Mixail Saakaşvili bu gün gəlib hamımızı təhqir etdi. Heç kim də buna münasibət bildirmədi. Niyə qoymursunuz fikrimi deyim? Fikrimi deməyə imkan yaratmasanız, çöldə mətbuat konfransı keçirib sözümü jurnalistlərə deyəcəm”.


Geri qayıt