Əsas Səhifə > Hadisə, Manşet > NARDARANDAN ETİRAZ BƏYANATI GƏLDİ

NARDARANDAN ETİRAZ BƏYANATI GƏLDİ


7-03-2012, 15:33
NARDARANDAN ETİRAZ BƏYANATI GƏLDİ

“QUBA SAKİNLƏRİNİN ALLAHDAN BAŞQA HEŞ KƏSƏ EHTİYACLARI YOXDUR”

DİA.AZ: - Nardaran kənd Ağsaqqallar Şurası Quba hadisələri ilə bağlı bəyanat yayıb. Bəyanatda Qubada baş verən hadisələrdən narahatlıq keçirildiyi ifadə edilir. Həm də bu hadisələr iqtidarın səhv kadr siyasətinin nəticəsi kimi dəyərləndirilir. Keçmiş icra başçısının rayon əhalisini aşağılaması pislənilir.

Müəlliflərin fikrincə, Qubada hadisələrin belə kəskin şəkil alması təkcə icra başçısının təhqirlərilə bağlı deyil, həm də neçə illər boyu həllini tapmayan bu və ya digər problemlərlə əlaqəlidir.

Bəzi mətbu orqanlarda bu hadisələrdə Nardaran və Maştağa kənd sakinlərinin iştirakı haqda xəbərlərə toxunan müəlliflər bunları “yanlış xəbərlər” adlandırıblar. “Belə xəbərlər də Quba əhalisini aşağılamaq cəhdidir, onların Allahdan başqa heç kəsin yardımına ehtiyacı yoxdur”, - müəlliflər bildiriblər.

Hadisələr başa çatdıqdan sonrakı ilk günlərdə hüquq-mühafizə orqanları Quba hadisələrində “nardaranlı və maştağalıların iştirakı” fikrini ortaya atıblar.


Geri qayıt