Əsas Səhifə > Ölkə > “QURDLAR VADİSİ” MAFİYASINI İFŞA EDƏN HƏLƏ DƏ HƏBSDƏDİR

“QURDLAR VADİSİ” MAFİYASINI İFŞA EDƏN HƏLƏ DƏ HƏBSDƏDİR


7-03-2012, 15:29
“QURDLAR VADİSİ” MAFİYASINI İFŞA EDƏN HƏLƏ DƏ HƏBSDƏDİR

TALEH XASMƏMMƏDOVU NİYƏ TUTUBLAR?

Bu günlərdə Kürdəmir Rayon Məhkəməsində hüquq müdafiəçisi Taleh Xasməmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Vəkil Əsabəli Mustafayev müdafiə etdiyi şəxsin yanında əyləşməsi, prosesdə audio-video çəkiliş aparılmasına icazə verilməsi barədə vəsatət qaldırıb. Yalnız video çəkilişlə bağlı vəsatət təmin edilib. Vəkil prosesdə şahid kimi dindirilən polislərin ziddiyyətli ifadələr verdiyini deyib. Polis şahidlər vəkilin suallarına cavablardan yayınıblar, məhkəmə prosesinin gedişinə mane olublar.

T.Xasməmmədov öz çıxışında hüquq müdafiəçisi olduğunu xatırladaraq Göyçay və ətraf rayonlarda vətəndaşların hüquqlarını müdafiə etdiyini deyib, Göyçay rayon polis şöbəsində təxribata məruz qaldığını bildirib. Buna səbəb kimi hüquq müdafiə sahəsindəki fəaliyyətini göstərib.

Bundan sonra hakim növbəti məhkəmə prosesini martın 13-nə təyin edib.

Qeyd edək ki, T.Xasməmmədov “Qanun və Hüquq-2010” MMC-nin sədri, hüquq müdafiəçisi, bloger kimi fəaliyyət göstərib. 2011-ci il noyabrın 12-də həbs olunub. Polisin otağında xuliqanlıqda ittiham edilib, barəsində Cinayət Məcəlləsinin 221.2, 221.3 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Daha sonra 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə və ya müqavimət göstərmə) maddə üzrə ittiham irəli sürülüb.


Geri qayıt