Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCAN GÜRCÜSTAN MÜNASİBƏTLƏRİ NƏ YERDƏDİR?

AZƏRBAYCAN GÜRCÜSTAN MÜNASİBƏTLƏRİ NƏ YERDƏDİR?


7-03-2012, 12:22
AZƏRBAYCAN GÜRCÜSTAN MÜNASİBƏTLƏRİ NƏ YERDƏDİR?

EKSPERT DURUMU TƏQDİR EDİR

«Azərbaycan-Gürcüstan münasibətlərindəki yüksələn xətt üzrə inkişaf, bütövlükdə Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına yönəlib». Bunu jurnalistlərə akçıqlamasında ekspert Arzuman Muradlı bildirdi.

Muradlı onu da qeyd etdi ki, Mixeil Saakiaşvilinin Azərbaycan səfəri həm Rusiya, eyni zamanda da Ermənistan və İran tərəfindən diqqətlə izlənilməkdədir: «Rusiyada keçirilən prezident seçkilərini və Saakiaşvili ilə münasibətləri gərgin olan Putinin yenidən prezident seçildiyini diqqətə alsaq, bağlı qapılar arxasında müzakirə olunan məsələlər içərisində Rusiya-Gürcüstan arasında mövcud münasibətlərində ələ alındığı dolayısı ilə mümkündü. Azərbaycan həqiqətən də Gürcüstan üçün mühüm bir ölkə olmaqla yanaşı, həm də bu ölkənin Rusiya ilə münasibətlərinin yaxşılaşması üçün səylər göstərən bir ölkədi. Rusiya və Vladimir Putin İlham Əliyevin vasitəsi ilə Gürcüstan-Rusiya münasibətlərinin normallaşmasında maraqlıdı. Eynilə də Saakiaşvili rəsmi Moskva ilə əlaqələri bərpa etmək üçün İlham Əliyevlə olan dostluğundan bəhrələnmək istəyir».

Ekspertin sözlərinə görə, Azərbaycan bölgənin enerji təhlükəsizliyində də mühüm rol oynadığından rəsmi Bakının rejional layhələrdə Gürcüstana daha çox ehtimad göstərməsi diqqətdən yayınmamalıdır: «Bu gün Azərbaycanla-Gürcüstan arasında enerji təhlükəsizliyində və enerji daşıyıcılarının təminatı məsələsində birgə iş, iki ölkə arasında iqtisadi göstəricilərində artmasına təkan verir. Bu gün iki ölkə arasında ticarət dövrüyyəsi 1 milyard dollar həcmində olsa da, hər iki ölkənin qarşılıqlı sərmayə qoyulmasında istəkləri mövcud rəqəmin artması üçün mühüm amildi».


Geri qayıt