Əsas Səhifə > Ölkə > QUBA ÜSYANINA GÖRƏ İKİ NƏFƏR GÜNAHKAR TAPILDI

QUBA ÜSYANINA GÖRƏ İKİ NƏFƏR GÜNAHKAR TAPILDI


6-03-2012, 16:04
QUBA ÜSYANINA GÖRƏ İKİ NƏFƏR GÜNAHKAR TAPILDI

HƏR İKİ ŞƏXSİN MÜHAKİMƏ MADDƏSİ BƏLLİ OLUB

Quba hadisələrində həbs olunmuş Samir Xammədov Cinayət Məcəlləsinin 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham olunur. O, ittihamları qəbul etmir.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Qubad Salayev məlumat verib. Vəkilin sözlərinə görə, Samir Xammədov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Vəkil martın 7-də onunla görüşəcək.

Quba hadisələrində ittiham olunan Fərhad Abdulrəhmanov da Cinayət Məcəlləsinin 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) və 233-cü maddələri ilə ittiham olunur.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Səfər Hüseynov məlumat verib. Vəkil Fərhad Abdulrəhmanovla martın 5-də DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində görüşüb. Vəkilin sözlərinə görə, o, yaxın günlərdə Bakı İstintaq Təcridxanasına göndəriləcək.

Qubada baş verən hadisələrin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Baş Prokurorluğun mətbuat xidmətindən cinayət işinin hansı maddələri ilə araşdırıldığı, istintaqın gedişi, həbs edilənlərin sayı ilə bağlı məlumat verilmir.


Geri qayıt