Əsas Səhifə > Ölkə, Manşet > OLİQARX-MƏMURLARIN QAYĞISI

OLİQARX-MƏMURLARIN QAYĞISI


5-10-2011, 16:33
OLİQARX-MƏMURLARIN QAYĞISI

HƏR PLANA DÜŞƏN EVƏ GÖRƏ ONLAR PUL ÖDƏMƏLİDİRLƏR

DİA.AZ: - Bakı artıq tam olaraq bir tikinti meydançasını xatırladır. Xüsusən də «Avroviziya-2012» hazırlıqları səbəbindən bu gün paytaxtın mərkəzi rayonu hesab olunan Səbayelin Bayıl qəsəbəsi əməlli-başlı şantiyeyə bənzəyir.

Təbii ki, bütün bu tikinti işləri şəhərin gözəlləşdirilməsinə xidmət etdiyi kimi, eyni zamanda bir sıra problemləri də yaradıb. Söhbət evləri plana düşənlərin narazılığından gedir. Bildirək ki, bu barədə dəfələrlə məlumatlar çatdırmışıq. Elə son olaraq Bayıl qəsəbəsi ərazisində yerləşən Dövlət Bayraq Meydanının yaxınlığındakı evlərin sakinlərinin haqlı mövqeyini ifadə etmişdik.

Məlum olmuşdu ki, evləri plana düşən sakinlər ev əşyalarını çıxara bilmədiklərindən Bayıl ərazisində artıq 6 ev fəhlələr və bu inşaat meydançasında qul kimi istifadə olunan matroslar tərəfindən qarət edilib. Amma buna baxmayaraq, hələ də bu barədə heç bir hüquqi addım atılmayıb. Başqa bir problem isə evləri plana düşənlərin dili ilə bu günlərdə mətbuat səhifələrində yer aldı.

Məlum oldu ki, fəhlələr evləri sökərkən evlərdən çıxardıqları qapı və pəqcərələri, pol taxtalarını və digər yararlı tikinti materiallarını ev sahibinin icazəsi olmadan dəyər-dəyməzinə satırlar.

Təbii ki, bu əsnada ən əsas problem plana düşmüş ev sakininin alacağı təzminatla bağlıdır. Artıq bu kimi problemlərin sayı bitib-tükənmək bilmir. Dəfələrlə mətbuatda bu məsələyə toxunulsa da, hələ də inşaat firmaları vətəndaşları narazı salmaqlarında davam edirlər. Onu da qeyd edək ki, eyni problem həm özəl şirkətlərin istəyi ilə və həm də dövlət ehtiyacı məqsədilə plana salınan evlərlə bağlı da qüvvədədir.

Bu halda isə ortaya bir sual çıxır: Görəsən, dövlətin ehtiyacı məqsədilə plana düşən evlərdən sakinlərin çıxarılması üçün verilən təzminat hansı qaynaq hesabına ödənilir. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) danışan Nazirlər Kabinetindəki mötəbər mənbə bildirir ki, əslində həmin ödənişlər üçün konkret qaynaq olmadığından əksər hallarda problemlər yaranır:

«Konkret qaynaq mövcud deyil. Təxminən belə bir proses baş verir. Bütün oliqarx-məmurlar, nüfuzlu şirkətlər «obşıy katyol» deyə biləcəyimiz qeyri-rəsmi fonda pul keçirirlər və həmin fonddan götürülən vəsait dövlət ehtiyacı məqsədilə plana düşən evlərin satın alınmasına yönəldilir».

Mənbəmiz onu da bildirdi ki, amma bəzi hallarda konkret bir ərazi hansısa oliqarx-məmurun boynuna qoyulur: «Ona görə də vətəndaş problemlərlə üz-üzə qalır. Çünki həmin məmur pulu cibindən ödədiyindən çalışır ki, daha az pul xərcləməklə ona tapşırılan işi yola versin».

Mənbəmizin sözlərinə görə, əslində prezident İlham Əliyevin plana düşən evlər üçün qeyri-rəsmi şəkildə müəyyən etdiyi qiymət limiti (hər kvadrat metrə görə 1500 manat) sırf olaraq həmin «obşıy katyol»a pul atan məmurların işinin asanlaşdırılmsı üçün nəzərdə tutulub.


Geri qayıt