Əsas Səhifə > Hadisə, Manşet > NAZİRLƏR ARASINDA MÜBAHİSƏ DÜŞÜB

NAZİRLƏR ARASINDA MÜBAHİSƏ DÜŞÜB


6-03-2012, 14:43
NAZİRLƏR ARASINDA MÜBAHİSƏ DÜŞÜB

QAPALI MÜŞAVİRƏDƏ İLK DƏFƏ OLARAQ AĞIZ DEYƏNİ QULAQ EŞİTMƏYİB

DİA.AZ: - Artıq hakimiyyətiçi münasibətlər gərilmək üzərədir. Qubada baş verənlər də təsdiqlədi ki, əslində iqtidar düşərgəsində çox ciddi çatlar yaranıb və ayrı-ayrı məmurların bir-birinə olan ədavəti hətta hakim komandanın bütün heyətini batıracaq səviyyədə inkişaf edib.

Bu barədə redaksiyamıza daxil olan son məlumatlardan da aydın olur ki, hakimiyyət cinahı özünün təlatümlü dövründə çox ciddi çalxalanmalara nədən ola biləcək proseslərə təkan verməkdədir. Nazirlər Kabinetindəki məlumatlı mənbənin DİA.AZ-a ötürdüyü xəbərə görə, dünən hakimiyyətin nüfuzlu simalarının iştirakı ilə qapalı müşavirə düzənlənib. Həmin tədbirin prezident administrasiyası tərəfindən təşkil olunduğu da söylənilir.

Amma bu faktın özü belə bəzi məmurların bir-birilərinə olan kinini gizlətmələri üçün yetərli olmayıb. Mötəbər mənbə idda edir ki, çoxdan bəri ədavətdə olan iki nazirin qapalı müşavirə zamanı sözləri çəp düşüb və hətta onların arasında təxminən 5 dəqiqə sürən ironik sözlərlə dolu polemika da yaşanıb: «Nəhayətdə hər iki nazirə cidd xəbərdarlığın edilməsi söz duelinin yarımçıq kəsilməsi ilə nəticələnib».

Mənbəmiz bildirir ki, hər iki nazir sonradan sakitləşsələr də, sonradan bu barədə məlumatlandırılan dövlət başçısı onlara ciddi şəkildə xəbərdarlıq edib: «Bu davanın iki nazirdən birini və yaxud da eyni zamanda hər ikisini bitirəcəyi şübhəsizdir».

Onu da bildirək ki, mənbəmiz həmin nazirlərin kimlikləri barədə əlavə bilgi verməsə də, təxmini olaraq onlarla bağlı müəyyən gümanlarımız var. Ehtimallara görə, qapalı müşavirədə toqquşan nazirlər fövqəladə hallar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədovdur.

Geri qayıt