Əsas Səhifə > Cəmiyyət > HRW HAKİMİYYƏTƏ SƏSLƏNDİ
HRW HAKİMİYYƏTƏ SƏSLƏNDİ6-03-2012, 14:33 |
“VƏTƏNDAŞLARIN MÜLKİYYƏT HÜQUQLARINI POZULUR” Bakıda mülkiyyət hüquqlarının pozulmasına və əmlakın qanunsuz olaraq alınmasına dair hesabat ədalətli hazırlanıb və yerli hakimiyyət bizi qərəzlilikdə ittiham etməməlidir. Bunu beynəlxalq Human Rights Watch təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin baş mütəxəssisi Ceyn Byukenen “Obyektiv” TV-yə (obyektiv.tv) müsahibəsində deyib. HRW-nin nümayəndələri paytaxtın mərkəzində evləri sökülən 50 ev sahibi ilə söhbət aparıb, yerli qanunvericiliyin tətbiqinin ekspertizasını keçiriblər və bundan sonra nəticəyə gəliblər. Mülkiyyət hüquqlarının pozulmasında bütün dövlət orqanları iştirak ediblər, hökumət “dövlət ehtiyacı” ilə əlaqədar vətəndaşların köçürülməsinin vacibliyini qanuni şəkildə əsaslandırmayıb, kompensasiyanın rəsmi məbləğini müəyyən etməyib. Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların köçürülməsi üçün polis, kommunal xidmət və tikinti bölmələrini səfərbər edib. Həmin rayonlardan olan deputatlar qanunların pozulmasına fəal reaksiya vermək əvəzinə hakimiyyətin mövqeyini dəstəkləyiblər. Adamları küçələrə atıblar, gecələr adamlar evlərində yatanda buldozerlər tikililəri dağıdıb. Evlərdə xəstələr, qocalar, qadınlar və uşaqlar olub. Azərbaycanda 400 min qanunsuz şəxsi yaşayış evi, 6 min tikinti normativlərinə cavab verməyən çoxmərtəbəli bina var. Demək olar ki, 2 mln. adamın hüququ yoxdur. Belə çıxır ki, bu adamların hamısını küçəyə atmaq lazımdır? Yerli qanunvericiliyə görə, kim öz yaşayış sahəsində 10 il yaşayır, kommunal xidmət haqqı ödəyir və yaşayış normalarını pozmursa, mənzilin mülkiyyətçisi sayılır, hətta mülk sənədi olmasa belə. Təəssüf ki, 2010-11-ci illərdə təkcə Bakıda 60 min mənzil sahibi köçürülüb, köçürülmə planının və köçürülməyə dair təlimatın hazırlanması qaydalarının təsdiqlənməsi haqqında Azərbaycan Nazirlər Kabinetinin 45 saylı qərarı ilə əvvəlki tarixlə (24 fevral 2012-ci il) qəbul olunub. Geri qayıt |