Əsas Səhifə > Cəmiyyət > MƏCBURİ KÖÇKÜNLƏR DƏ AYAĞA QALXDI
MƏCBURİ KÖÇKÜNLƏR DƏ AYAĞA QALXDI6-03-2012, 13:35 |
PA-NIN QARŞISINDAKI AKSİYADA SOSİAL HAQLAR TƏLƏB OLUNDU Bu gün Prezident Administrasiyası qarşısında bir qrup ziyalı etiraz aksiyası keçirib. “Qafqazinfo”nun məlumatına görə, aksiyada iştirak edən məcburi köçkün müəllimlər, həkimlər və mədəniyyət işçiləri onlar üçün qanunun nəzərdə tutduğu müavinətlərin artıq iki aydır ki, verilmədiyini bildiriblər. Aksiyada iştirak edən 100-dən çox ziyalı Heydər Əliyev tərəfindən imzalanan 1994-cü il 10 may tarixli 181. saylı qanuna uyğun olaraq onlara hər ay verilməsi nəzərdə tutulan müavinətin heç bir səbəb gətirilmədən dayandırıldığını qeyd ediblər. Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən 1994-cü ildən 2011-ci il tarixinə qədər imzalanan qərarda büdcə təşkilatlarında işləmiş və işğal nəticəsində iş yerlərini itirən həkim, müəllim və mədəniyyət işçiləri işlə təmin olunana qədər orta aylıq əmək haqqını almalıdırlar. Qanuna görə, bu müavinətlərin torpaqlar işğaldan azad edildikdən 3 il sonrakı müddətdə belə verilməsi nəzərdə tutulub. Məcburi köçkün ziyalılar məsələ ilə bağlı Qaçqın və Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə bununla bağlı dəfələrlə müraciət etsələr də komitə sədri Əli Həsənov qəbul günləri olmasına baxmayaraq, onları qəbul etməyib. Ziyalıların sözlərinə görə, onlar işlə təmin olunmaq üçün nazirliklərə müraciət etsələr müəssisələr ancaq 18-35 yaş arası kadrlar tələb edirlər. Onlara iş yerləri kimi aşbazlıq, konduktor və sair kimi işlər təklif olunduğunu deyən məcburi köçkünlər öz ixtisaslarına uyğun işdə çalışmaq istədiklərini bildiriblər. Müavinətdən məhrum olan təxminən 11 min ailənin olduğunu deyən aksiyanın təşkilatçısı Əlövsət Sadıqlı Təşkilat Komitəsi yaradacaqlarını və məsələyə hüququ qiymət verilməsinə çalışacaqlarını vurğulayıb. Geri qayıt |