Əsas Səhifə > Şou-biznes > "RZA DA, MƏHKƏMƏ DƏ VECİMƏ DEYİL!"

"RZA DA, MƏHKƏMƏ DƏ VECİMƏ DEYİL!"


6-03-2012, 13:21
"RZA DA, MƏHKƏMƏ DƏ VECİMƏ DEYİL!"

AZƏRİ QIZI GÜNELDƏN ARIN-ARXAYIN AÇIQLAMALAR

Türkiyədə populyar olan azərbaycanlı müğənni Günel Zeynalova tanınmış türk müğənni Əbru Gündeşin həyat yoldaşı Reza Zərrabla aralarında heç bir münasibətin olmadığını deyib.

Milli.Az "Posta"ya istinadən bildirir ki, Zərrabla məhkəməsi davam etsə də, Türkiyədə "Azəri qızı Günel" kimi tanınan G.Zeynalova deyib:

"Məhkəmə davam edir, amma artıq vecimə deyil, əhəmiyyət vermirəm. Hər kəs öz yolundadır. Məhkəmədə qalib gəlməyim və ya gəlməməyim çox önəmli deyil. O hadisələr keçmişdə qalıb".

Günelin dediyinə görə, yaxın günlərdə yeni albomunu təqdim edəcək.


Geri qayıt