Əsas Səhifə > Ölkə > ZİYA MƏMMƏDOVA ƏLAVƏ “ÇÖRƏK PULU”

ZİYA MƏMMƏDOVA ƏLAVƏ “ÇÖRƏK PULU”


6-03-2012, 13:13
ZİYA MƏMMƏDOVA ƏLAVƏ “ÇÖRƏK PULU”

İNDİ DƏ KÜÇƏLƏRƏ ELEKTRON İŞIQFORLAR QURAŞDIRILIR

Azərbaycanın Nəqliyyat Nazirliyi elektron işıqforlar vasitəsilə Bakı küçələrindəki tıxaclarla bağlı problemi həll etməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, elektron işıqforların Bakıda tətbiq edilən intellektual idarəetmə sisteminə qoşulması paytaxtın küçələrindəki tıxaclara tez reaksiya verməyə və işıqforlar vasitəsilə onların aradan qaldırılmasını təmin etməyə imkan verəcək.

Həsənov bildirib ki, hazırda intellektual idarəetmə sisteminin birinci mərhələsinin işə salınması üzrə işlər görülür və bütün proqram və sistemlərin aktivləşdirilməsi prosesi gedir.

"Elektron işıqforların Bakının 150 yolayrıcında quraşdırılması planlaşdırılır. Onların sistemə qoşulması Bakı küçələrindəki tıxaclarla bağlı vəziyyətə cəld reaksiya verməyə imkan verəcək", - o deyib.

Nəqliyyatın intellektual idarəetmə sisteminin 2014-2015-ci illərdə tam istismara verilməsi planlaşdırılır.


Geri qayıt