Əsas Səhifə > Cəmiyyət, Manşet > "BİNƏ" TM-DƏ «KASSA ƏMƏLIYYATI»
"BİNƏ" TM-DƏ «KASSA ƏMƏLIYYATI»5-03-2012, 16:51 |
42 MANATLIQ APARAT ÜÇÜN SAHİBKARLARDAN 300 MANAT PUL YIĞILIR DİA.AZ: - «Binə» Ticarət Mərkəzində narazılıq yaranıb. Narazılığa səbəb ticarət mərkəzinin sahibi Kəbirə Məmmədovanın qanunsuz əməlləridir. Bir qrup sahibkarın redaksiyamıza verdiyi məlumata görə, Kəbirə Məmmədova onlara kassa nəzarət aparatlarını maya dəyərindən dəfələrlə baha qiymətə satır. Sahibkarlar DİA.AZ-a bildirib ki, onlardan bu aparata görə 300 manat tələb edilir, halbuki aparatın qiyməti 42 manatdır: «Əvvəlcə bizə deyilmişdi ki, pul alınmayacaq. Amma indi məcbur edir ki, 300 manatı verək». Sahibkarların sözlərinə görə, ticarət mərkəzinin rəhbəri onlara deyib ki, bu, müvəqqətidir: «Bizə deyirlər ki, bir neçə aydan sonra kassa yığışdırılacaq və siz bunun əvəzində ayda 200 manat əlavə pul verəcəksiniz», - deyə sahibkarlar vurğulayıb. Sahibkarlar başqa bir faktı da diqqətimizə çatdırıblar. Onların sözlərinə görə, 8-ci kilometrdən «Binə» Ticarət Mərkəzinə işləyən 207 saylı marşrutda gediş haqqı qanunsuz olaraq artırılıb. Tarif Şurasının gediş haqqı 35 qəpik müəyyənləşdirilib. Lakin sərnişinlərdən 40 qəpik alınır. «Sürücülər deyir ki, bizə belə tapşırıq verilib. Kimə istəyirsiniz şikayət edin»,- deyə sahibkarlar əlavə edib Geri qayıt |