Əsas Səhifə > Partiya > “SİYASİ MƏHBUSLARA AZADLIQ”

“SİYASİ MƏHBUSLARA AZADLIQ”


5-03-2012, 16:15
“SİYASİ MƏHBUSLARA AZADLIQ”

GƏNCLƏR BU ŞÜARLA MİTİNQ KEÇİRMƏKDƏ İSRARLIDIRLAR

Gənclərin Hüquqlarını Müdafiə Komitəsi (GHMK) martın 17-də mitinq keçirmək istəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. GHMK İdarə Heyətinin üzvü Samir Əsədlinin APA-ya verdiyi məlumata görə, təşkilatçı tərəf müraciətində mitinq üçün Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Mərkəzinin stadionunu və Səbail rayonunun 20-ci sahəsində, Elçin Əzizov küçəsindəki sürücülük məktəbinin meydançasını göstərib. Müraciətdə Bakıya yaxın istənilən münasib yerdə mitinq keçirmək istəyi də qeyd olunub.

Aksiyada “Qarabağ”, “Siyasi məhbuslara azadlıq”, “Rüşvətsiz təhsil” və “Rüşvətə yox” şüarları səslənəcək.

Qeyd edək ki, GHMK-ya Vətəndaş Hərəkatı, Xalq Cəbhəsi, Demokrat və Müsavat gənclər təşkilatları, “Nida” Vətəndaş Hərəkatı, “Dalğa”, “Azad”, “Müsbət dəyişiklik” gənclər hərəkatları və İnsan Hüquqları Klubu daxildir.

Xatırladaq ki, GHMK martın 4-də mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətinə mənfi cavab verilmişdi.

Geri qayıt