Əsas Səhifə > Cəmiyyət, Manşet > YENİ SİYASİ HƏBS PLANLAŞDIRILIR
YENİ SİYASİ HƏBS PLANLAŞDIRILIR5-03-2012, 15:51 |
HAKİMİYYƏT SİYASİ MƏHBUSLARIN SIRASINI GENİŞLƏNDİRƏCƏK DİA.AZ: - «Partiya sədrlərindən birinin başı üzərini qara buludlar alıb. Və onun həbsi planlaşdırılır». Bu məlumatı redaksiyamıza hakimiyyətə yaxın dairələr ötürüblər. DİA.AZ-ın əldə etdiyi bilgilərdən belə aydın olur ki, əksəriyyətin siyasi məhbuslarla bağlı yumşalacağını gözlədiyi YAP iqtidarı, proqnozların əksinə olaraq sözügedən məhbus kontingentini daha da genişləndirmə yolundadır. Bu barədə məlumatı verən qaynağa görə, hazırda müxalifət daxilində böyük nüfuza malik olan partiya liderlərindən birinin həbsi planlaşdırılır: «Təbii ki, həbs təxribat nəticəsində, yəni hədəfdə olan müxalifin təxribata çəkilməsilə baş verəcək. Dəqiq məlum deyil, bu təxribat hansı formada cərəyan edəcək. Ola bilsin ki, hansısa tədbirdə təxribat törədilsin və təxribata çəkilən müxalifətçinin oradaca qolları qandallansın. Amma qərar qətidir və yaxın günlərdə həmin həbs gerçəkləşəcək». Mənbəmiz onu da bildirib ki, burada məqsəd indidən müxalifətin gözünün qırılmasına hesablanıb: «Müxalifət kütləvi aksiyalara hazırlaşır. «Avroviziya-2012» beynəlxalq musiqi yarışması hakimiyyət üçün çox önəmlidir. Elə bunu həm də sözügedən yarışmanın təşkil olunması üçün yaradılan komissiyanın sambalından da duymaq olar. Belə olan şəraitdə müxalifətin hər hansı pozuculuq fəaliyyətinin qarşısı xüsusi amansızlıqla alınacaq. Buna qədərsə, ciddi repressiyalar gözlənilir. Və müxalifətçi partiya sədrinin həbsi də bu planın tərkib hissəsidir». Mənbəmiz onu da vurğulayıb ki, müxalifətin Novruz bayramından sonraya planlaşdırdığı fəallaşma baş tutmaya da bilər: «Artıq indidən bütün fəal müxaliftçilərin siyahıları rayon polis şöbələrinə və eləcə də icra strukturlarına ötürülüb. Kiminə dolayı yollarla təzyiqlər ediləcək, kimiləri də həbs olunacaq. Əsas olanı repressiyanın total xarakter almasındadır. Hətta beynəlxalq təşkilatların verəcəyi reaksiyalar da indidən nəzərə alınıb. Çnki bütün həbslər TAM QANUNİ ŞƏRAİTDƏ baş tutacaq. Yəni elə plan işlənib hazırlanacaq ki, hətta Avropanın da bu həbsləri alqışlaması ümid edilir. Təbii ki, bu ifadə hərfi mənadadır. Yəni həbs olunanlar təxribatçı kimi və yaxud da İran kimi təhlükəli qüvvələrin əlaltısı kimi qələmə veriləcək». Mövzu diqqətimizdədir… Geri qayıt |