Əsas Səhifə > Ölkə, Manşet > FƏRHAD ƏLİYEVLƏ MƏXFİ DANIŞIQLAR APARILIR
FƏRHAD ƏLİYEVLƏ MƏXFİ DANIŞIQLAR APARILIR5-03-2012, 14:32 |
KEÇMİŞ NAZİRLƏ GÖRÜŞLƏRDƏ HANSI MƏSƏLƏ MÜZAKİRƏ OLUNUR? DİA.AZ: - Hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin azadlığa buraxılmasına çox az vaxt qalıb. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan da aydın olur ki, 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı «dövlət çevrilişinə» cəhd ittihamı ilə həbs olunan keçmiş nazirlə dövlətin xüsusi elçiləri arasında mütəmadi olaraq görüşlər həyata keçirilir. Nazirlər Kabinetindəki məlumatlı qaynaq iddia edir ki, bu günlərdə Bakı Fond Birjasında keçmiş İİN rəhbərinə məxsus obyektlərin simvolik qaydada satışa çıxarılması da deyilənlərin sübutu kimi qəbul edilməlidir. Mənbəmizin söylədikləri: «Fərhad Əliyev 7 ildir ki, məhbəs həyatı yaşayır. Kifayət qədər böyük vaxtdır və nazir artıq azadlığa çıxa bilməsi üçün dünənə qədər edilən və onun tərəfindən rədd olunan təklifləri dəyərləndirməyə başlayıb. Mütəmadi olaraq sabiq nazirin saxlandığı cəzaçəkmə müəssisəsinə hakimiyyətin xüsusi nümayəndələri gəlirlər. Görüşlər məxfi qaydada təşkil olunduğundan bu barədə keçmiş nazirin vəkilləri belə məlumatlandırılmır». Mənbəmiz bildirir ki, son görüş keçən həftə baş tutub: «Ola bilsin ki, bu görüşün nəticələri Novruz bayramı ərəfəsinə nəzərdə tutulan amnistiya və yaxud da əfv qərarında özünü təzahür etdirsin. Ən azından keçmiş nazirlə bərabər həbs olunmuş qardaşı, «Azpetrol» Neft Şirkətinin sabiq prezidenti Rafiq Əliyevin azadlığa çıxması mümkün olacaq. Və eyni zamanda həminişlə əlaqədar məhz Fərhad Əliyevə yaxın olmaları səbəbindən qolları qandallanmış iki sahibkarın da azadlığa çıxması danışıqların predmetidir». Fərhad Əliyevin özünə gəlincə isə mənbəmiz bildirdi ki, keçmiş nazirlə bağlı məsələdə hələ yekun qərar verilməyib: «Doğrudur, prezidentin artıq ona olan münasibətində xeyli yumşalmaların olduğu söylənilir. Əgər belə olmasaydı, Fərhad Əliyevlə danışıqlar aparılmazdı. Və bu halın mövcudluğu belə təsdiqləyir ki, keçmiş nazir də azadlığa çıxa bilər. Bütün bunlar yalnız qərar verildiyi zaman bəlli olacaq. Çünki danışıqların hansı nəticəyə varılmsı yox, prezidentin - son söz müəllifinin qərarı daha önəmlidir». Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |