Əsas Səhifə > Partiya, Manşet > YENİ MÜXALİFƏT PARTİYASI YARANIR

YENİ MÜXALİFƏT PARTİYASI YARANIR


5-03-2012, 13:39
YENİ MÜXALİFƏT PARTİYASI YARANIR

SABİQ DÖVLƏT MƏMURLARINDAN BİRİ SİYASƏTƏ DÖNMƏ QƏRARINI VERİB

DİA.AZ: - Elə bu dəqiqələrdə redaksiyamıza çox ilginc bir məlumat daxil olub. Mötəbər mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, bir zamanlar yüksək dövləti vəzifədə çalışmış sabiq məmurlardan biri siyasətə dönmək qərarındadır.

Qeyd edək ki, həmin keçmiş dövlət adamının kimliyi redaksiyamıza məlum olsa da, bəzi səbəbləri nəzərə alaraq daha dolğun məlumatı açıqlamırıq.

Mənbəmiz isə bildirir ki, siyasətə dönüş qərarı verən keçmiş məmur yeni partiyanın quruculuğuna start verib: «Hətta yeni partiyanın rəhbərliyində kimlərin təmsil olunacağı da təxmini olaraq bəlliləşib. Bəzi müxalifət təşkilatlarında da transferlər gözlənilir. Millətçi xətti yürüdəcək yeni partiyanın may ayında elan edilməsi nəzərdə tutulub».

Məlumatlara görə, müxalif mövqedə dayanacaq yeni partiyaya elə həmin sabiq məmurun rəhbərlik edəcəyi gözlənilir: «Hər şey bu ayın sonlarına bəlli olacaq. Ciddi hərəkətlənmə var. Artıq maliyyə qaynaqları da müəyyələşib və partiya üçün şəhərin mərkəzində böyük bir ofisin kirayələnməsi də gözlənilir».

Əlavə məlumatları da diqqətinizə çatdıracağıq. Bizi izləyin…


Geri qayıt