Əsas Səhifə > Siyasət, Manşet > İRAN BAKIDA YENİ TƏŞKİLAT YARATDI

İRAN BAKIDA YENİ TƏŞKİLAT YARATDI


5-03-2012, 12:49
İRAN BAKIDA YENİ TƏŞKİLAT YARATDI

AZƏRBAYCAN İSLAM HƏRƏKATI İSLAM İNQİLABINI “İDXAL EDƏCƏK”

DİA.AZ: - Ötən gün axşam Hicab.org saytının elektron poçtuna [email protected]ünvanından daxil olan məktubda Azərbaycan İslam Hərəkatının mövcudluğu elan olunur. Bu barədə məlumatı İranın xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən “arannyus” portalı yayıb.

Portalın məlumatında deyilir ki, ötən gün axşam Hicab.org saytının elektron poçtuna [email protected]ünvanından daxil olan məktubda Azərbaycan İslam Hərəkatının mövcudluğu elan olunur. Məktubda hərəkatın fəaliyyət proqramı haqqında ətraflı məlumat verilmir. Amma Azərbaycan xalqına çağırış var, məqsəd olaraq İslam dəyərlərinin müdafiəsi göstərilir.

Bu barədə DİA.AZ-a daxil olan məlumatda bildirilir ki, yeni hərəkat Tehranın sifarişi ilə yaradılıb və məqsəd Azərbaycana İrandan islam inqilabının idxal olunmasıdır.


Geri qayıt