Əsas Səhifə > Cəmiyyət > “BURADAN QARABAĞA ÇOX AZ MƏSAFƏ VAR”

“BURADAN QARABAĞA ÇOX AZ MƏSAFƏ VAR”


5-03-2012, 12:30
“BURADAN QARABAĞA ÇOX AZ MƏSAFƏ VAR”

“TƏƏSSÜF Kİ, ORA GEDƏ BİLMİRƏM”

«Bu gün burada olmağımızdan çox şadam, amma digər tərəfdən düşünürəm ki, biz bütün Azərbaycanın ərazisində belə rahat gəzməyi bacarmalıyıq».

Bu sözləri Dağlıq Qarabağa səfər edən jurnalistlərə açıqlamasında millət vəkili Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, Vətən torpağı, Azərbaycan uğrunda nə qədər şəhid vermişik, nə qədər qəhrəman övladlarımız burada döyüşüblər: «Qürurlanıram ki, Azərbaycanda belə övladlarımız o zaman olub, indi də var və sabahda olacaq. Bütün bunlara rəğmən inanıram ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Əminəm ki, Dağlıq Qarabağ problemini sülh yolu ilə həll edə biləcəyik və bizim bütün ağrı-acılarımız arxada qalacaq. Həmvətənlərimiz öz doğma torpaqlarına, evlərinə qayıdacaq və öz həyatlarını yenidən qura biləcəklər. Təbii ki, Azərbaycan dövləti lazım olan məqamda öz xalqı, vətəndaşları ilə bir yerdə olacaq».

R.Rzayev qeyd edib ki, ölkə prezidenti İlham Əliyevin səyi nəticəsində və dünyada olana nüfuzu hesabına problemi aradan qaldıra biləcəyik. O, eyni zamanda xalq olaraq bir yerdə bu probleminə həllinə nail olacağımızı diqqətə çatdırıb:

«Çünki bunun başqa yolu yoxdur. Biz hamımız bir yerdə gündəlik fəaliyyətimizdə bu istiqamətdə addımlamağı bacarmalıyıq və bütün imkanlarımızdan istifadə etməliyik. Buradan Qarabağa çox az məsafə var və çox təssüflər olsun ki, ora gedə bilmirəm. Bu mənim üçün çox ağrılı məqamdır, amma nəinki inanıram, hətta bilirəm ki, yaxın zamanlarda bu Qarabağ problemini həll edəcəyik”.


Geri qayıt