Əsas Səhifə > Hadisə > SPİKERƏ AĞIZ AÇILDI

SPİKERƏ AĞIZ AÇILDI


5-10-2011, 15:39
SPİKERƏ AĞIZ AÇILDI

REDAKTORLAR BİRLİYİNİN MÜRACİƏTİ

Redaktorlar Birliyində təmsil olunan KİV rəhbərləri Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədova müraciət ünvanlayıblar. “Dünya” informasiya Agentliyi (dia.az) həmin müraciətin mətnini təqdim edir:

“Hörmətli spiker!

Sosial İnformasiya Agentliyi payız sessiyası dövründə əməkdaşının parlamentə akkreditasiya olunması üçün Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə 15 avqust 2011-ci il tarixli məktubla müraciət edib.

Milli Məclisin mətbuat xidmətindən Sosial İnformasiya Agentliyinə verilən şifahi məlumata görə, sentyabr ayının sonlarında müraciətə baxılsa da, jurnalist Taleh Şahsuvarlı parlamentə akkreditasiya edilməyib.

Çox təəssüflə qeyd edirik ki, əvvəlki sessiya dövründə də Sosial İnformasiya Agentliyinin əməkdaşı Taleh Şahsuvarlı hər hansı səbəb göstərilmədən Milli Məclisə akkreditasiya edilməyib və bu problemim həlli üçün onun Sizə ünvanladığı məktublar, o cümlədən akrreditasiyadan imtinanın səbəbləri haqqında yazılı informasiya sorğusu cavabsız qalıb.

Redaktorlar Birliyi bu faktı jurnalistin məlumat toplamaq hüququnun pozulması, Sosial İnformasiya Agentliyinin haqsız rəqabətə məruz qoyulması və müstəqil mediyaya qarşı təzyiqin bir növü kimi qiymətləndirir.

Xatırladırıq ki, Sosial İnformasiya Agentliyi 2009-cu ilin oktyabrında qeydiyyatdan keçib və həmin vaxtdan etibarən Agentliyə məxsus Axar.az xəbər portalı da fəaliyyət göstərir.

Redaktorlar Birliyində təmsil olunan KİV rəhbərləri olaraq Sizdən həmkarımız, Sosial İnformasiya Agentliyinin direktoru Taleh Şahsuvarlının Milli Məclisə akrreditasiya edilməsinə yardım göstərməyinizi xahiş edirik”.

Müraciəti imzalayanlar:

Mehman Əliyev, “Turan” İA-nın direktoru
Rauf Arifoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru
Rövşən Hacıyev, “Azadlıq” qəzetinin redaktor müavini
Zaur Əhməd, Müstəqil İnformasiya Agentliyinin baş redaktoru
Elbrus Ərud, ”Qafqazinfo” xəbər portalının baş redaktoru
Asif Mərzili, “Təzadılar” qəzetinin baş redaktoru
Əvəz Zeynallı, “Xural” qəzetinin baş redaktoru
Rövşən Kəbirli, “Müxalifət” qəzetinin redaktoru
Əli Orucov, “Millət” qəzetinin baş redaktoru
Habil Vəliyev, “Gündəlik Bakı” qəzetinin baş redaktoru
Şirin Cəfəri, “Gündəm xəbər” qəzetinin baş redaktoru
Emin Hüseyn, RATİ-nin sədri


Geri qayıt