Əsas Səhifə > Ölkə > HEYDƏR ƏLİYEVİN BOYUNBAĞISI 68 MİN DOLLARA SATILIB

HEYDƏR ƏLİYEVİN BOYUNBAĞISI 68 MİN DOLLARA SATILIB


5-03-2012, 12:19
HEYDƏR ƏLİYEVİN BOYUNBAĞISI 68 MİN DOLLARA SATILIB

MƏRHUM PREZİDENT ONU HƏDİYYƏ ETMİŞDİ

Mərhum prezident Heydər Əliyevin rusiyalı müğənni Lyudmila Zıkinaya hədiyyə etdiyi, ağ və sarı qızıldan olan brilyant boyunbağı şənbə günü “Gelos” hərrac evində 2 mln rubla (68 min dollar)satılıb.

“Lyumila Zıkina” fondunun hərraca çıxardığı bütün qiymətli daşlar 31 mln rubla (1 mln dollar)satılıb. Onların praktik olaraq hamısını böyük müğənninin heyranlarından olan anonim şəxs alıb.

Hərracda əldə edilən vəsait öz övladı olmayan Zıkinanın üç qardaşı uşağına veriləcək. Vəsaitin bir hissəsi müğənninin xatirəsinin əbədiləşdirilməsinə xərclənəcək.

SSRİ xalq artisti Lyudmila Zıkina 1 iyun 2009-cu ildə 81 yaşında ürək-damar çatışmazlığından vəfat edib. Müğənni Novodeviçye qəbiristanlığında dəfn edilib.


Geri qayıt