Əsas Səhifə > Ölkə > NAXÇIVAN İŞIQSIZ QALIB

NAXÇIVAN İŞIQSIZ QALIB


5-03-2012, 12:16
NAXÇIVAN İŞIQSIZ QALIB

QIŞIN YENİDƏN DÖNÜŞÜ MR-DƏ BÖHRAN YARADIB

Ötən gecə Azərbaycanda hava şəraiti yenidən pisləşərək fevral ayının soyugunu və problemlərini gətirib. Artıq 12 saatdır Naxçıvana elektrik enerjisi verilmir. Bu xəbəri Turan-a bölgə müxbiri verib. Elektrik enerjisinin verilməsində yaranan fasilənin səbəbi Naxçıvana daxil olan yüksək gərginlikli xətdə qısa qapanmanın yaranmasıdır. Qısa qapanmanın yaranmasına isə Naxçıvanda bu gecədən başlayan qar-çovğun səbəb olub. Naxçıvanda təyyarələrin gecə reysləri təxirə salınıb. Çovğun Şərur rayonunda yüksək gərginlikli xətləri sıradan çıxarıb.

Ölkənin digət ərazilərində də hava şəraitinin kəskin soyuqlaşacağı gözlənilir. Bazar ertəsinə keçən gecə dağ rayonlarında qar yağıb. Şamaxıda çovğun olub.

Bazar ertəsi səhər Bakının dağlıq hissəsinə qar yağsa da, şəhərin mərkəzinə yağış yağıb.

Maraqlıdır ki, sinoptiklər havanın bu cür olacağını öncədən söyləməyiblər. Ekologia və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, yaxın günlərin hava proqnozu günortadan sonra olacaq.


Geri qayıt