Əsas Səhifə > Ölkə > QUBA ÜSYANI 80 YAŞLI NƏNƏNİ DƏ ÜRƏKLƏNDİRİB
QUBA ÜSYANI 80 YAŞLI NƏNƏNİ DƏ ÜRƏKLƏNDİRİB3-03-2012, 16:42 |
SAATLI İCRA HAKİMİYYƏTİNDƏN 102-YƏ ŞİKAYƏT Saatlı rayonunun Musalı kəndinin 80 yaşlı sakini Afizə Şıxəliyeva bildirib ki, martın 1-də Saatlı rayon İcra Hakimiyyətində fiziki və mənəvi zorakılığa məruz qalıb. “Mən növbəti dəfə rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarovun yanına gedərək daşqından dağılmış evimin əvəzində tikilən evin inşasının başa çatdırılmasını xahiş etdim. Başçı məni qəbul etmədi və məni zorla binadan çıxardılar, təhqiramiz sözlərlə təhqir etdilər”, - Şıxəliyeva Turan-a bildirib. Bildirək ki, 80 yaşlı Şıxəliyevanın evinin yarısı tikilib və iş dayanıb. “Tikintini başa çatdırmaq üçün məndən rüşvət istədilər, lakin mənim pulum yoxdur”, - o qeyd edib. Qeyd edək ki, 13 uşaq böyütmüş qəhrəman ana ötən ilin payızında İcra Hakimiyyətində zorakılığa məruz qalıb, onun qoluna xəsarət yetirilib. Onun müdafiəsinə qalxan oğlu Nizami polisə aparılıb və xuliqanlığa görə 100 manat cərimə olunub. Bu dəfə də polissiz ötüşməyib. Belə ki, icra başçısının köməkçisi Seyran Ağayev polisləri çağırıb və onlar qadını rayon polis şöbəsinə aparıblar. “Tezliklə məni buraxdılar, lakin şikayətimi qəbul etmədilər”, - o bildirib. Yalnız DİN-in “102” nömrəsinə zəng etdikdən sonra polis əməkdaşları tərəfindən dindirilib və məhkəmə-tibbi ekspertizadan keçib. Öz növbəsində S.Ağayev Turan-a bildirib ki, Şıxəliyevanı təhqir etməyib və heç kim ona qarşı güc tətbiq etməyib. Halbuki, o özü İcra Hakimiyyətinin nümayəndələrini münaqişəyə sövq edib. Ağayevin sözlərinə görə, Şıxəliyevanın uşaqları üçün 5 ev tikilib, öz evinin tikintisi isə texniki səbəblərdən yubanır və yaya kimi başa çatdırılacaq. Geri qayıt |