Əsas Səhifə > Cəmiyyət > KƏMALƏDDİN HEYDƏROV VƏD VERİB

KƏMALƏDDİN HEYDƏROV VƏD VERİB


3-03-2012, 15:22
KƏMALƏDDİN HEYDƏROV VƏD VERİB

“HƏMİN BİNALARIN SAKİNLƏRİ BAŞQA YERDƏ EVLƏ TƏMİN OLUNACAQLAR”

Gəncə prospektindəki 63 və 65 nömrəli binaların sakinləri müvəqqəti olaraq köçürüləcəklər.

SalamNews xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. O vurğulayıb ki, bu binaların sakinləri ilə əldə edilən razılaşmaya əsasən, onlar bir həftə ərzində yaxınlarının evlərində məskunlaşacaqlar.

“Evləri olmayanları isə biz müvəqqəti yaşayış yeri ilə təmin edəcəyik. Bir həftə ərzində həmin binaların ətrafında müşahidə olunan sürüşmə əraziləri bərkidiləcək. Əgər gördüyümüz tədbirlər bir nəticə verməsə, həmin binaların sakinləri başqa yerdə evlə təmin olunacaqlar”, - Kəmaləddin Heydərov deyib.

Xatırladaq ki, bu gün paytaxtın Xətai rayonunda Əliağa Şıxlinski küçəsi ilə Gəncə prospektinin kəsişməsində meydana gələn sürüşmə zonasında baş nazirin müavini Abid Şərifov, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və FHN-nin rəsmiləri müşahidə aparıblar.


Geri qayıt